Əsas Səhifə > Güney Press, Araşdırma > GÜLƏR ƏHMƏDOVA ELŞAD ABDULLAYEVƏ SÜRPRİZ HAZIRLAYIR?
GÜLƏR ƏHMƏDOVA ELŞAD ABDULLAYEVƏ SÜRPRİZ HAZIRLAYIR?10-01-2013, 10:53 |
"MARAQLI ŞEYLƏR OLACAQ" Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə yaşayan Elşad Abdullayevin “mandate bazarlığına” dair yaydığı videoların “baş qəhrəmanı” Gülər Əhmədova “Yeni Müsavat” qəzetinə müsahibə verib. Müsahibəni “minval.az” saytı gecə saatlarında yayıb. Müsahibəni rus dilindən tərcümə ilə dərc edirik: - Gülər xanım, şayiələr gəzir ki, oğlunuzun orduya çağırılması sizə təyziqin bir formasıdır? - Hər kəsin oğlu orduda xidmət etməlidir, burda təəccüblü nə var ki? - Niyə görə məhz indi? Hesab edirsiniz ki, bu təsadüfdür? - Səbəbini bilmirəm, olan oldu. Allah hamımızın balasının ordudan sağ – salamat geri qayıtmasına yardımçı olsun. Mənimkinə də. Mən hər zaman əsgərlərimizin müdafiəçisi olmuşam. Onları öz övladım hesab eləmişəm. - Hansı hissəyə göndərildiyini bilirsinizmi? - Yox, hələ heç nə bilmirik. - Onun orduya göndərilməsi gözlənilən idimi? - Gec – tez bu, baş verməli idi. Təhsilini başa vurmadığına görə hərbi xidmətə gec çağırdılar. Məktəb, universitet, sonra maqistiratura. Hamısı da dalbadal. O, çox təhsillidir. Biz onu hərbi xidmətdən yayındırmadıq. Hətta atası ona magistiraturadan əvvəl hərbi xidmətə getməyi təklif etmişdi. Lakin o, imtahanları uğurla verərək, qəbul oldu. İndi onu hərbi xidmətə çağırıblar. 10 -15 il ərzində mən parlamentdə hərbi xidməti təbliğ etmişəm. Allahdan arzum budur ki, o biri oğlanlarım da xidmət etsinlər. Mənim oğlum heç vaxt orduda xidmətdən imtinanı ağlına belə gətirməyib. Allahdan arzum budur ki, o, Qarabağı azad edən əsgərlərdən biri olsun. Bir dəfə parlamentdə çıxış edərkən demişdim ki, müharibə başlasa, siz məni burada görməyəcəksiniz. Mən özüm müharibədə iştirak edəcəm. Mənim oğullarım İlqar Mikayıloğlu kimi adamın bacısı oğlanlarıdır. - Səhhətiniz necədir? Ürəyinizlə bağlı probleminiz var... - Heç soruşmayın. Ürək ağrılarım davam edir. Beyindaxili təyziqlər məni öldürür. Heç özümdə deyiləm. - Şayiələr gəzir ki, sizi də Sevinc Babayeva kimi zəhərləyə bilərlər. Hər halda o da ürək tutmalarından şikayət edirdi. - (Gülür) Kim deyir bunu? Bəli, ürək ağrıya bilər, belə skandala dözmək olarmı? Mənim haqqımda ağlına gələn hər şeyi danışa bilən axmaq tapıldı. Mən həmişə gümrah idim, indi sağlamlığıma təhlükə hiss edirəm. - 7 yanvarda Baş Prokurorluq məlumat yaydı ki, siz məsuliyyətə cəlb olunmusunuz və polis nəzarətinə verilmisiniz. Bu haqda bilirdiniz? - Bilirdim, bu, sirr deyil. - Hansı formada həyata keçirilir bu? Sizə mənzilinizi tərk etməyə icazə vermirlər? - Hərdən gəlirlər, imza edirəm gedirlər. Mənim heyim yoxdur harasa gedim və yaxud gəzim. - Vəkiliniz kimdir, bu gedişə nə deyir? - Mənim vəkillərim var . Onlar bilirlər ki, mən günahkar deyiləm. Dünyada heç kimi videomateriala görə həbs etmirlər. Gedin dünya mətbuatını oxuyun. Montaj olunmuş video heç vaxt sübüt hesab olunmur. - Demədiniz vəkiliniz kimdir. Bir neçə gün əvvəl Elnur Məcidli (Elşad Abdullayevin köməkçisi – red.) bəyan etdi ki, siz Kiprdən vəkil dəvət etmisiniz... - Yox, mənim vəkillərim Türkiyə və Rusiyadan gəlib. Biri də var, elə Elşad Abdullayevin yanındadır. - Kimdir? - Deməyəcəm. Qoy, özləri tapmağa çalışsınlar. Çox maraqlı proseslər olacaq. Hər şeyi özünüz görəcəksiniz. - Nə üçün vəkilləriniz mətbuatdan gizlənir? - Onlar hələ ki araşdırma aprırlar. Buna görə də danışmaq istəmirlər. Mənim vəkillərim həm yerli, həm də Avropa qanunvericiliyini bilirlər. Onlar yeni detallar üzərində işləyirlər. Kimisə 2 videomateriala görə həbs etmək olmaz. - Sevinc Babayevanın oğlu Ayxan Məmmədov hər gün mətbuatda Sizin ünvanınıza müxtəlif ittihamlar səsləndirir. O, sonuncu müsahibəsində bildirib ki, Sizi Qazax rayonunda saxlayan zaman üzərinizdən 15-16 min dollar pul götürüblər... - Mən artıq bəyan eləmişəm ki, bu uşağın dediklərinə cavab verməyəcəm. O, özündən Polad Ələmdar düzəldir. Anasını çox istəyən oğul özünü belə aparmaz. Anası xəstə olanda yanında yox idi. Mən indi xəstəyəm, kiçik oğlum yanımdan çəkilmir. Allah rəhmət eləsin, o, anası sağ olanda onu "Seva" deyə çağırırdı. Anası sağ olanda bu oğulciyəz hansı hoqqalar çıxarmışdı... Əgər o, anasını belə çox istəyirsə, o zaman Rəvanın (Habiloğlu - red.) yaxasından yapışsın. Rəvanın dediklərini unudub? Məndən nə istəyir?.. O, mənə qarşı ittihamlar səsləndirəndə gülərək ərimə deyirəm ki, ayə, qoymayın üstümə İrasim gəlir. Onun mərhum anası deyirdi ki, Prezident Aparatına atverka ilə girib, bu da deyir, mən onun anasını zəhərləmişəm. Bilmirəm, nə deyim bunlara. Heç olmasa, bu yalandan sonra çıxıb günahlarını etiraf edəydilər. - Necə düşünürsünüz, Ayxan Məmmədovun ittihamlarına görə Sizi həbs edə bilərlərmi? - Dediyim kimi, vəkillər araşdırma aparırlar. Çox ciddi məqamlar var. İndiyə qədər heç kimi hansısa videoya görə həbs etməyiblər. Amma hər şey ola bilər. - Gürcüstan sərhədində nə baş vermişdi? - Heç nə. Biz sərhədə çatanda mənə dedilər ki, problemim var. Sonra qalmaqal yarandı. Bundan artıq bu barədə danışmaq istəmirəm. Hər gün dua edirəm ki, Allah mənim hüququmu pozanları cəzalandırsın. İndiki məqamda məni yalnız oğlum maraqlandırır. İndi səhhətim imkan vermir, sağalan kimi baş verənlər haqqında yazacam. Hələlik susmuşam. Lakin yazılı şəkildə bütün detalları açıqlayacam. Qısası, mən sizə vəziyyəti aydınlatdım. Vəkillər mən müsahibə verəndə narazılıq edirlər. Lakin elə şeylər var ki, susmaq olmur Geri qayıt |