Əsas Səhifə > Partiya, Manşet > MÜXALİFƏTÇİYƏ GÖRÜNMƏMİŞ TƏKLİF
MÜXALİFƏTÇİYƏ GÖRÜNMƏMİŞ TƏKLİF19-09-2011, 15:57 |
«PARTİYANDAN ÇIX, SƏNİN ÖVLADINA MÜFTƏ TOY EDƏK» DİA.AZ: - Redaksiyamıza çox maraqlı bir məlumat çatdırılıb. Belə ki, «Dünya» İnformasiya Agentliyinə verilən xəbərdə deyilənə görə, bu günlərdə müxalifət partiyalarından birinin tanınmış funksioneri övladına toy etmək üçün Bakıdakı şadlıq evlərindən birinə müraciət etsə də, ona rədd cavabı verilib. Məlumatı verən mənbə həmin müxalifətçinin kimliyi barədə DİA.AZ-ı məlumatlandırsa da, yalnız məsələnin anonim qalması şərtini irəli sürdü. Xəbərə görə, şadlıq evindən müxalif funksionerə hətta partiyasından çıxıb, hakim Yeni Azərbaycan Partiyasına üzv olması da təklif olunub: «Yalnız bundan sonra ona şərait yaradıla biləcəyi söylənilib və hətta bildirilib ki, bu addımı atarsa, ondan toya görə pul da almayacaqlar». Mənbə həmin şadlıq evinin «Ərzurum» şadlıq sarayı olduğunu bildirdi və qeyd etdi ki, həmin şadlıq sarayı Bakı şəhər Baş Polis İdarəsinin keçmiş rəisi Məhərrəm Əliyevin yaxın qohumlarından birinə məxsusdur. Geri qayıt |