Əsas Səhifə > Güney Press, Üçüncü sektor > SƏFƏR ƏBİYEV RÖVŞƏN ƏKBƏROVU CƏZALANDIRDI

SƏFƏR ƏBİYEV RÖVŞƏN ƏKBƏROVU CƏZALANDIRDI


11-01-2013, 08:59
SƏFƏR ƏBİYEV RÖVŞƏN ƏKBƏROVU CƏZALANDIRDI
HƏRBİ HİSSƏNİN KOMANDİRİ DƏ CƏZASINI ALIB

Səfər Əbiyev Şəmkir hərbi birləşməsinin komandiri general-leytenant Rövşən Əkbərovu cəzalandırıb. Nazirin bir qədər əvvəl imzaladığı əmrlə birləşmə komandirinə şiddətli töhmət və sonuncu xəbərdarlıq edilib. Bu barədə məlumat verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, bundan əlavə, Daşkəsəndəki hərbi hissənin komandiri də müdafiə naziri tərəfindən cəzalandırılıb.

Onun rütbəsi bir pillə aşağı salınıb. Mərhum əsgərin bölük komandiri isə tutduğu vəzifədən azad edilib və onun barəsində cinayət işi açılıb. Müdafiə nazirinin əmrinə əsasən, hərbi hissənin digər vəzifəli şəxsləri intizam tədbirləri həyata keçirilib.

Geri qayıt