Əsas Səhifə > Güney Press, Üçüncü sektor > OQTAY ŞİRƏLİYEVİN UNUTDUĞU RAYON

OQTAY ŞİRƏLİYEVİN UNUTDUĞU RAYON


11-01-2013, 09:03
OQTAY ŞİRƏLİYEVİN UNUTDUĞU RAYON
GÖYÇAY XƏSTƏXANASI XƏSTƏLİK MƏNBƏYİDİR

DİA.AZ: - Göyçay rayonunda səhiyyə sistemindəki acınacaqlı vəziyyət hələdə qalmaqdadır.

Qeyd edək ki, Göyçar Rayon Mərkəzi xəstəxanasının təmirlə əlaqədar rayondakı uşaq xəstəxanasına köçürüldükdən sonra orada kı şəraitsizlikdən, susuzluqdan, antisanitariya haqda məlumat vermişdik.

DİA.AZ bildirir ki, rayonun fəal sakinlərinin gozetci.az portalının verdikləri məlumata görə, hazırda qeyd olunan xəstəxanada vəziyyət bir az düzəlsə də, narahatlıqlar hələ də qalmaqdadır. Belə ki, xəstəxanada ümumi istifadədə olan tualetdə vəziyyət pisdir, ora su gəlmədiyi üçün antisanitariya vəziyyəti yaranıb. Xəstəxanada belə vəziyyətin olması sakinlərin narazılığına səbəb olub: “Təsəvvür edin ki, cərrahiyyə əməliyyatına məruz qalmış insanlar burda necə hərəkət edirlər? Xəstəxanada belə bir şəraitin olması xəstələr üçün ağırdır”, - deyə sakinlər bildiriblər.

Geri qayıt