Əsas Səhifə > Güney Press, Araşdırma > ÖLÜMCÜL KORRUPSİYA

ÖLÜMCÜL KORRUPSİYA


11-01-2013, 10:03
ÖLÜMCÜL KORRUPSİYA
AZƏRBAYCAN BU YARADAN ÇƏTİN Kİ SAĞALSIN

İki il əvvəl prezident İlham Əliyev korrupsiya ilə mübarizəyə çağırışı ilə cəmiyyəti çaşdırdı. Prezidentin opponentlərinin çoxu bu hadisəni cənub yarımkürəsindən Azərbaycana əsən "ərəb baharı" küləyi ilə bağladı. Həqiqətən rüşvətxorluqla elan edilən mübarizə üçüncü dünya ölkələrindəki inqilabların hab havasından irəli gəlirdi. Rəsmi Bakı Azərbaycanı üçüncü dünya ölkələri sırasına təkcə Qoşulmamaq Hərəkatına qoşulmaqla yox, həm də cinayətkar siyasi-iqtisadi kursla cəlb etmişdi.

Amerikanın yeni səfiri Metyu Brayzanın 2011-ci ilin yanvarında etiraf etdiyinə görə, irimiqyaslı dəyişikliklər planı çərçivəsində Əliyevə təklif olunmuşdu ki, təkamül yolu ilə ölkəni inqilab qayalarının arasından keçirsin və bütün müsaləman dünyasına örnək olacaq güclü demokratik islahatlar keçirsin.

Korrupsiyaya qarşı müharibə elan edilməsi ABŞ administrasiyasının bu müddəası ilə diktə edilridi, məlum hadisələrlə bağlı prezident ondan imtina edə bilmədi, amma işi icra da edə bilmədi, çünki bu təqdirdə oturduğu budağı kəsməli olurdu.

İlham Əliyevin 15 yanvarda hökumətin iclasında verdiyi start 27 yanvarda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən Dövlət Qulluğunu İdarəetmə Dövlət Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyada dəstəkləndi və estafet nazirlikdən nazirliyə ötürüldü. Amma ilin ortası üçün kampaniya baş həkim, müstəntiq, müəllim kimi kiçik balıqların tutulması ilə nəticələndi.

Kampaniyanın imitasiya xarakterli olmasını o da göstərirdi ki, 2011-ci ildə Azərbaycan korrupsiya üzrə ən yüksək göstəriciyə çatdı. 1 dekabr 2011-ci ildə Transparency International beynəlxalq təşkilatının "Korrupsiyanı qavrama indeksi" hesabatında Azərbaycan 182 ölkə arasında uzaq Uqanda, Niger, Kamerun və ruhən yaxın olan Rusiya və Belarus ilə yanaşı 143-cü oldu. 2012-ci ildə ölkə reytinqi bir qədər azaldaraq 139-cu yerə düşdü, amma 2010-cu ilin səviyyəsinə çata bilmədi. O vaxt ölkə korrupsiyaçıların şərəf reytinqində 133-cü yerlə kifayətlənmişdi.

Prezidentin korrupsiya və mütəşəkkil cinayətlər sahəsində “İlin adamı” elan edilməsini təsadüf və ya düşmənlərin fitnəsi hesab etmək sadəlövhlük olardı. Mükafat OCCRP (Korrupsiya və mütəşəkkil cinayətlər haqqında reportaj) beynəlxalq layihəsi tərəfindən verilib. Qurum öz seçimini onunla əsaslandırıb ki, 2012-ci ildə onun ailəsinin müxtəlif sahələrdə: telekommunikasiya, faydalı qazıntılar, tikinti və sənaye üzrə dövlət əqdləri vasitəsilə qanunsuz şəxsi mənfəət əldə etməsi üzrə çoxsaylı faktlar aşkarlanıb.

Əgər Əliyev institusional formada korrupsiya ilə zəif də olsa mübarizə aparsaydı, bəlkə də, bu faktlar üzə çıxmazdı. Amma bunun özü belə rejimin təməli və dayaqları üçün, onun şəxsi hakimiyyəti üçün təhlükəli göründü. Nəticədə Əliyev və sistem beynəlxalq narazaılıq dalğası ilə üzləşdi. Onu quruyub qalmış rejimi yuyub aparmağa hazır olan siyasi sunami ilə müqayisə etmək olar.

Əslində OCCRP Azərbaycan prezidentini dəqiq müşahidə edib. Axı qalmaqallı korrupsiya ifşasından başqa bu sahədə heç bir hadisəyə diqqət yetirilməyib. Korrupsiya ilə mübarizə və şəffaflığın artırılması Dövlət Strategiyası, Korrupsiya ilə mübarizə və şəffaflığın artırılması Dövlət Strategiyasının həyata keçirilməsi üzrə Fəaliyyət Planı haqda heç nə deyilmir. Cəmiyyət Dövlət Qulluğunu İdarəetmə Dövlət Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya kimi strukturun varlığını unudub. Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti cinayət yolu ilə əldə edilən pullar və terrorçuluğa maliyyə yardımı ilə mübarizə üzrə 2010-13-cü illər üzrə strategiyası ilə birgə gizli şəraitə keçib. Dünya Bankının Azərbaycanla 1 mlrd dollarlıq 2011-2014-cü illərdə korrupsiya ilə mübarizə üzrə əməkdaşlıq strategiyasının taleyi naməlumdur.

Ancaq Kür zonasında daşqınlar və şimal-qərb regionunda zəlzələ göstərdi ki, hakimiyyət artıq əksər yüksək və aşağı dərəcəli məmurlarda insanlığın əxlaqi-mənəvi təməlinin tamamilə dağılması mərhələsinə çatan çarəsiz korrupsiya xəstəliyinə yoluxub. Onlar fəlakətlə üzləşən və şəxsi faciələrini yaşayan həmvətənlərinin dövlət vəsaitlərinə qəsd edib. İki ilə məmurlar təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün 1 mlrd dollar ayıraraq onu oğurlamağa müvəffəq olublar. Məlumdur ki, sağalmaz xəstəlik ölümlə nəticələnir və Azərbaycanla bağlı ABŞ administrasiyası, Aİ, Dünya Bankı və başqa “xəstəxanalardan” olan “həkimlərin” tövsiyələri ağır xəstələrə kömək etməyəcək.

Turan Analitik Xidməti

Geri qayıt