Əsas Səhifə > Partiya > ZİYALILAR FORUMU ETİRAZA QALXDI

ZİYALILAR FORUMU ETİRAZA QALXDI


11-01-2013, 11:05
ZİYALILAR FORUMU ETİRAZA QALXDI
ƏSGƏRİMİZİN ÖLÜMÜNƏ DAHA BİR SƏRT TƏPGİ

Gənc əsgərimiz, 18 yaşlı Ceyhun Qubadovun və onu məhrumiyyətlər içində tək böyüdüb boya-başa çatdırmış möhtərəm anasının faciəsi Ziyalılar Forumu üzvlərinin dərin hiddətinə səbəb olub. “Ürək çatışmazlığı”ndan vəfat etmiş gənc əsgərin meyiti üzərində açıq-aşkar görünən zorakılıq əlamətləri isə “Lazımın gəlişini gözləyən qüdrətli Azərbaycan ordusu” haqqında gerçəkliyi bütün çılpaqlığı ilə ortaya qoyur.

2012-ci ildə Azərbaycan Silahlı Qüvvələri 97 nəfər itirib. Əsgər və zabitlərimizin böyük əksəriyyəti qeyri-döyüş şəraitində həyatları ilə vidalaşıblar. Bu statistika Azərbaycan ordusunda qeyri-insanı, intizamsız, şəxsiyyəti və ləyaqəti aşağılayan mühitin mövcudluğuna dəlalət edir.

Ziyalılar Forumu olaraq Azərbaycanın siyasi rəhbərliyini, ərazisinin 20 faizi düşmən tərəfindən işğal olunmuş bir ölkənin ordu quruculuğuna məsul olan bütün vəzifəlilərini tarix və millət qarşısında siyasi məsuliyyətə dəvət edir və Azərbaycan ordusunda yaşanan bu rəzalətin qarşısını almaq üçün müqəssirlərin cinayət məsuliyyətinə cəlb edilməsi də daxil olmaqla bütün zəruri addımların atılmasını tələb edirik!

Geri qayıt