Əsas Səhifə > Şou-biznes > GƏNC MÜĞƏNNİ TOY PULUNU QALDIRIR

GƏNC MÜĞƏNNİ TOY PULUNU QALDIRIR


11-01-2013, 11:37
GƏNC MÜĞƏNNİ TOY PULUNU QALDIRIR
"SABAH 11-15 MİN DEYƏ BİLƏRƏM"

Müğənni Ayaz Qasımovun Milli.Az-a müsahibəsi.

- Vaxt var idi, Ayazın ulduzu çox parlayırdı. İndi ulduzunuz yanır, yoxsa közərir?

- Onu mən deyə bilmərəm, mənim tamaşaçılarımdan soruşsaz, onlar deyə bilər ki, ulduzum parlayır, yoxsa közərir. Amma bu gün Ayaz Qasmov adı varsa, deməli, ulduzum yanır.

- Ayazın bu gün “Ayaz” olmasında kiminsə zəhməti var, yoxsa tək başına uğurlara sahib olub?

- Tək əldən səs çıxmaz. Köməyi dəyən insanlar çox olub, amma ən böyük dəstək ailəmdən olub, bu günə kimi bu dəstək davam edir.

- Eltonla eyni vaxtda, eyni yarışmadan çıxmısınız. Hansınız indi sənətdə daha irəlidəsiniz?

- Hər ikimiz irəlidəyik, Eltonun səsini çox bəyənirəm. Heç kim heç kimdən üstün deyil, biz eyni səviyyədə olan müğənnilərik. Onu da qeyd edim ki, hər birimizin öz yerimiz var bu sənətdə.

- Özünüzü "Eurovision" səhnəsində görürsünüz?

- Nəyin ki, "Eurovision" səhnəsində mən özümü daha böyük səhnələrdə görürəm. Əgər mən təmsil Azərbaycanı etsəm, böyük məmnuniyyətlə bunu edərəm və uğur qazanacağıma əminəm.

- Niyə bu qədər kökəlmisiniz? Heç xaricdə “yekə qarınlı” kişi müğənnisi görürsünüz?

- (Gülür) Bizdə yazılmayan qayda-qanunlar çoxdur. Xaricdən çox uzağıq. Mən gözümü açandan bizim səhnədə elə “yekəqarın” kişi müğənniləri görmüşəm, indi də biz onların davamçılarıyıq (gülür). Amma bu, məndə kompleks deyil.

- Subaylıq sultanlıq idi, yoxsa ailəli olmanın müğənni üçün xüsusi bir sambalı var?

- Müğənnilikdən əlavə kişiyə çox böyük sambalı var ailənin. Ailə gözəl bir şeydir. Mən də çox xoşbəxtəm ki, belə gözəl ailəm var.

- Kişi həmkarlarından kimi özünüzə rəqib görürsünüz və nəyə görə?

- Rəqiblərim var, düşmənlərim yox ha, rəqiblərim var. İndi kimə rəqib deyirsən elə bilirlər düşmənsən onunla. Elçin Cəfərovu çox bəyənirəm, dostluq bir tərəfə qalsın, çox istedadlıdır. Onu özümə rəqib sayıram.

- Hansı həmkarınızın səsinə səsiniz çatmaz?

- Yaxşı ifaçılarımız var, zövq aldığım ifaçılar. Səsinə səsim çatmaz deməzdim, amma bəyəndiklərim Abbas Bağırov, Elçin Cəfərov, Elnur, Zamiqdir. Amma təəssüflər olsun ki, bəzi sənətkarlarımız var ki, gəncləri qəbul edə bilmirlər, məni və bir çox həmyaşıdlarımı, nəyə görə belə edirlər bilmirəm. Heç kim əvəzolunmaz deyil, əgər biz gənclər istedadlıyıqsa, haqsızlıq etmək olmaz. Onlar bizə dəstək olmalıdırlar, bizə örnək olmalıdırlar. Soyuq münasibət edib bizi həvəsdən salmasınlar.

- Zamiq müsahibələrinin birində deyib ki, “Ayazın səsi mənim səsimə bənzəyir”. Siz səsinizi Zamiqin səsinə bənzədirsiz ki?

- Əslində, Zamiqin səsi mənim səsimə bənzəyir, mən bunu Zamiqə də demişəm. Baxmayaraq ki, dostumdur.

- Toylar olmasa, Ayaz Qasımov necə pul qazanar?

- Toylar olmasa, mənim gəlir yerim olmaz. Mən ancaq toydan pul qazanıram. Başqa biznesim filan yoxdur. Nə konsertdən, nə disk satışından pul əldə edə bilmədiyimizdən, gücümüz toylara çatır. Mən ikinci alboma 45 min manat pul qoymuşdum, cəmi min manat əldə edə bildim. Yəni gəlir yeri ancaq toydur.

- Sosial şəbəkələrdə Ayaz Qasımovu tez-tez görürük.

- Bəli, mənim şəxsi saytım var idi, amma indi onu dayandırmışam. İndi sosial şəbəkələrdə istənilən bir şeyi daha asan piar etmək olar. Mənim Facebook sosial şəbəkəsində fan page səhifəm var, yəni ordan ən son mahnılarımı, xəbərləri əldə etmək olar.

- Toya bu gün Ayaz Qasımov neçəyə gedir?

- (Gülür) Mən açıqlamayım, çünki qiymətlər hər gün dəyişir. Hərdən çox qalxır, hərdən yerində qalır. Bilənlər bilir mən neçəyə toyu aparıram. Mən artıq 9 ildir bu sahədəyəm. Bu gün 7 min, 9 min deyə bilərəm, amma sabah 11 min-15 min ola bilər.

- 2013-cü ilə hansı planlarınız və yenilikləriniz var?

- Elçin Cəfərovdan yeni mahnı oxuyacam. TEA family ilə çalışıram hal-hazırda. Bir mahnı da var ki, duetdir. İsrail müğənnisi ilə oxumuşam. İnşallah, klip çəkdirmək fikrim də var. Yeniliklər çoxdur, fotosessiyalar olacaq.

Geri qayıt