Əsas Səhifə > Dünya > ƏRDOĞAN PKK-ÇILARA ZƏMANƏT VERİR
ƏRDOĞAN PKK-ÇILARA ZƏMANƏT VERİR11-01-2013, 12:19 |
"TÜRKİYƏNİ MANEƏSİZ TƏRK EDƏ BİLƏRSİNİZ" Türkiyə terrorçu Kürd Fəhlə Partiyasının üzvlərinə ölkəni maneəsiz tərk etmələri üçün bütün lazımi şəraiti yaradacaq. Bunu Baş nazir Rəcəb Tayyib Ərdoğan bəyan edib. Trend-in məlumatına görə, xəbəri "Hürriyət" qəzeti yayıb. Onun sözlərinə görə, bundan əvvəl Türkiyədə PKK yaraqlılarının ölkə ərazisini tərk edərkən ordunun hücumuna məruz qaldıqları hallar olub. "Bu dəfə Türkiyə PKK üzvlərinin ölkədən təhlükəsiz getməsinə zəmanət verir", - Ərdoğan qeyd edib. Geri qayıt |