Əsas Səhifə > Sosial, Manşet > PA RƏHBƏRİ İLƏ FHN ŞEFİNİN ORTAQ SİYASİ OBYEKTİ

PA RƏHBƏRİ İLƏ FHN ŞEFİNİN ORTAQ SİYASİ OBYEKTİ


14-01-2013, 09:20
PA RƏHBƏRİ İLƏ FHN ŞEFİNİN ORTAQ SİYASİ OBYEKTİ
RƏSUL QULİYEVİN PARTİYASININ QƏRARGAHI İLƏ BAĞLI DAHA BİR MÜƏMMA

DİA.AZ: - Neçə müddətdir ki, yerli mətbuatda keçmiş spiker Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyasının yerləşdiyi ofislə bağlı müəyyən məlumatlar dolaşmaqdadır. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavini Orucəli Hacıyevin qaynı Azər Əsgərova məxsus olan bu qərargahın bu gün satışda olduğunu da bilirik.

DİA.AZ-a bu yöndə araşdırma apardığını iddia edən mənbəmiz maraqlı aktları da ortaya çıxara bilib ki, həmin məlumatı olduğu kimi diqqətinizə çatdırırıq:

«Bir neçə aydır araşdırıram ki, bu Açıq Cəmiyyə Partiyasının yerləşdiyi villa əslidə kimə məxsusdur? Villanın yerləşdiyi ərazidəki əhali ilə apardığım danışıqlardan və Bakı şəhər əmlakı qeydiyyatı idarəsindəki bəzi tanışların verdiyi məlumatlarından öyrəndim ki, bu villa əvvəllər 3 mənzil olub.

Bu mənzillər ayrı-ayrılıqda alınaraq birləşdirilib və böyük ofis halına gətirilib. Bu mənzillər PA şefi Ramiz Mehdiyevin qardaşı Mayıs Mehdiyev tərəfindən alınıb və şərikləri Orucəli Hacıyev, Şahin və Mamed bu obyekti onun rəhbərliyində ofis kimi işlədiblər. Bu əmlak Mayıs Mehdiyevin yaxın qohumu Mamedin ( Bu Mamed adlı şəxsi Bakıda Sarı Mamed yaxud Qurd qapısı Mamed ləqəbiynən tanıyırlar).

Qaynı Cəfərin adına sənədləşdirilib.Uzun müddət Orucəli Hacıyev, qardaşı Fərəc Hacıyev, Şahin, Sarı Mamed və qaynı Cəfər bu ofisdə fəaliyyət gösdəriblər. Burda bütü qonşuları bildirirlər ki , bu obyekt Mayıs müəllimindir. Nə səbəbdən bir müddət sonra bu ofis Orucəli Hacıyevin qaynı Azər Əsgərova verildi. İndi isə Azər Əsgərovun əli ilə ACP-yə verilib.

Ba halda sual olunur? Ramiz Mehdiyev, yoxsa Kəmaləddin Heydərov və ya hər ikisi? Belə görünür ki, müəmmalı ACP qərərqahının sirri hələ də açılmayıb».

Geri qayıt