Əsas Səhifə > Partiya > İSA QƏMBƏRƏ QARŞI TƏXRİBATI RAMİZ MEHDİYEV CIZIB

İSA QƏMBƏRƏ QARŞI TƏXRİBATI RAMİZ MEHDİYEV CIZIB


14-01-2013, 08:52
İSA QƏMBƏRƏ QARŞI TƏXRİBATI RAMİZ MEHDİYEV CIZIB
İKİ GÜNLÜK OLAYLARIN BİR MƏQSƏDİ

DİA.AZ: - Redaksiyamıza həm 12 yanvar aksiyası ilə bağlı və həm də Müsavat Partiyası başqanı İsa Qəmbərə Lənkəranda edilən hücumla əlaqədar çox ciddi məlumatlar ötürülüb. Bəri başdan bildirək ki, iki ayrı-ayrı mənbədən DİA.AZ-a ötürülən xəbərlərdə eyni mahiyyət vurğulanır. Bildirilir ki, həm şənbə mitinqi və həm də bazar günü Lənkəranda baş verən hadisənin bir məqsədi var: «RAMİZ MEHDİYEVLƏ BAĞLI GÜNDƏMİ DƏYƏİŞDƏİRMƏK».

Məlumatlı mənbə bildirir ki, bazar günü Müsavat başqanına hücum edənlər birbaşa olaraq Prezident Administrasiyasından təlimat alıblar: «Əslində İsa Qəmbərin durub-dururkən, hələ prezident seçkiləri ilə bağlı hər hansı təbliğat kampaniyasına start verilməmiş Lənkərana yön alması da kifayət qədər dartışılası mövzudur. Yenə də millətin başının altına yastıq qoyanlar var».

Mənbəmiz iddia edir ki, bu işdə yeganə maraqlı tərəf Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdievdir: «Əgər İsa Qəmbər hansısa oyunda olmadığını sübut etmək istəyirsə, o zaman Elşad Abdullayevin açıqladığı faktlara reaksiya versin. Əslində AXCP ilə Müsavatın yolları məhz bu kimi səbəblərə münasibətdən ayrıldı».

Qeyd edək ki, şənbə aksiyası ilə bağlı kifayət qədər dolğun bilgilər ötürmüşük. Amma buna baxmayaraq, redaksiyamıza daxil olan informasiyanı da bəzi ixtisarlarla diqqətinizə təqdim etmək istəyirik:

«Hakimiyyətin bütün yuxarı eşalonu bilir ki, dünənki aksiyaya niyə polis müdaxilə etmədi və son illərin təcrübəsində görünməyən tərzdə etirazçılar öz şüarlarını rahatca səsləndirə bildilər. Daha dəqiqi məhz bütün KİV səslənən şüarları lentə aldıqdan sonra aksiya dağıdıldı. Səbəb aydındır. Bütün proseslər «Gülərqeyt» məsələsini arxa plana keçirərək güddəmi dəyişməyə çalışan Ramiz Mehdiyevin cızdığı plan əsasında həyata keçirildi.

Nə yazıqlar ki, bu planın tərkib hissəsi olaraq çoxları bilərəkdən və ya bilməyərəkdən Ramiz Mehdiyevin əlinə oynadı.

Əslində bu hakimiyyətə qarşı ən böyük xəyanət və təxribatdır. Ən azı ona görə ki sabah hansısıa məsələ ilə baglı Fəvvarələr meydanına aksiya təyin olunsa insanlar ötən mitinqdəki kimi müdaxilənin olmayacagını düşünüb ora axışacaq. Belə olan təqdirdə ya hakimiyyət həmin mitinqə də şərait yaratmalıdır ki, bu da arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Ya da minlərlə insanın toplaşdığı aksiya dağıdılmalıdır ki, bu da inqilabın əsasını qoymuş olar. Bunu hakimiyyət daxilində hamı bilir. Bicarə mətbuat isə dünyadan xəbərsizdir».

Onu da bildirək ki, bu məlumatda aparıcı müxalifət qəzetlərindən birinə və onun rəhbərliyinə qarşı da çox sərt ittihamlar yer alırdı ki, biz həmin hissələri çıxarmalı olduq.

Geri qayıt