Əsas Səhifə > Güney Press, Üçüncü sektor > QAZAXDA MƏMUR ÖZBAŞINALIĞI
QAZAXDA MƏMUR ÖZBAŞINALIĞI14-01-2013, 09:07 |
YERLİ MƏMURLAR TƏMİR PULLARINI NECƏ YEYİR? «Quşçu-Ayrım erməni hərbçiləri ilə həmsərhəd kənddir. Evlərin çoxu qəzalı vəziyyətdədir. Dövlət Bərpa Agentliyi tərəfindən kənddəki evlərin təmir-bərpasına ayrılan pullarla icra nümayəndəsi yalnız öz qohum-əqrəbasının evlərini düzəltdirir». «Qaynar xətt»ə şikayət edən Qazaxın Quşçu-Ayrım kənd sakini Paşa Məmmədovdur. O, 77 yaşlı anası Gülsəhər Məmmədovanın yaşadığı qəzalı evin uçma təhlükəsində olduğunu deyir. İddia edir ki, icra nümayəndəsi Elman Nəsibov kənddəki qəzalı evlər üçün ayrılan tikinti materiallarını mənimsəyir, öz qohumlarının ev-eşiyini təmir etdirir, başqa qəzalı evlərə isə biganə yanaşır. «DİVARLARDA O QƏDƏR DEŞİK VAR Kİ...» Paşa Məmmədov: «Gəlin, baxın görün 80-nə yaxın yaşı olan xəstə qadın o evdə yaşaya bilərmi? Özü də şəhid anasıdır. Evinin dam örtüyü sınıq-sınıqdır, yağış yağanda sular otağa dolur. Ev tavana qədər nəmişlik içərisindədir. Divarlarında o qədər deşiklər var ki, otağı isitmək olmur». Kəndin başqa sakini Orxan Hacıyev: «Şəxsən mənim evim başıma uçur, yaşadığım uçuq komaya gətirib it də bağlasalar orda yaşamaz, qırılıb qaçar. İcra nümayəndəsi mənə indiyə kimi bircə şifer də verməyib. Prezidentə də yazıram, yazdıqlarımı göndərirlər elə icra nümayəndəmizə. Narazılığım ondandır ki, niyə görə Elman Nəsibovun qohum əqrəbasına tikinti materialları verilir, mənə yox». TƏMİN OLUNACAQLAR Quşçu-Ayrım kəndinin icra nümayəndəsi Elman Nəsibov isə sakinlərə səbrli olmağı məsləhət görür: «Dövlət Bərpa Agentliyindən kəndimizə komissiya gəlib, qəzalı evlərə baxış keçirib. Təmirə, bərpaya ehtiyacı olan evlərin siyahısı tutulub, Bakıya göndərilib. Həmin evləri aşkar etdikcə yenə sənədləşdiririk. Bu işlər birdən-birə görülmür, hissə-hissə həyata keçirilir, yəni siyahı üzrə. Burda başqa kəndlər də mövcuddur ki, kifayət qədər qəzalı evləri var. Siyahı üzrə gətirib tikinti materiallarının bir hissəsini əhaliyə paylayıblar. Sizə şikayət edənlərin də evləri qəzalı vəziyyətdədirsə, mütləq siyahıya alınıb. Tikinti materialları ilə mütləq təmin olunacaqlar». Geri qayıt |