Əsas Səhifə > Güney Press, Üçüncü sektor > İKİNCİ "ELŞAD ABDULLAYEV" PEYDA OLUB

İKİNCİ "ELŞAD ABDULLAYEV" PEYDA OLUB


14-01-2013, 09:36
İKİNCİ "ELŞAD ABDULLAYEV" PEYDA OLUB
KEÇMİŞ MÜAVİN BÜTÜN SİRRLƏRİ AÇACAĞINI DEYİR

Beyləqanda icra başçısı Vaqif Abdullayevlə müavini İkram Yaqubov arasında gedən dartışma ikincinin işdən çıxarılması ilə nəticələnib. TİA.AZ-a daxil olan məlumata görə, Yaqubovun işdən çıxarılması üçün yetərli qədər «səbəb» əvvəlcədən tapılıb.
Belə ki, icra başçısı özünün keçirdiyi bir sıra yığıncaqlarda keçmiş müavininə xəbərdarlıqlar edirmiş. Həmin xəbərdarlıqlar isə birbaşa İkram Yaqubovun rayonda həyata keçirdiyi ciddi maxinasiyalarla bağlı imiş. Həmin prosesdə başçısı ilə anlaşmayan və bölüşməyən keçmiş müavinlə yollarını ayırmağa qərar verən Beyləqanın «sahibi» onu işdən çıxarmaq qərarına gəlib.
Lakin keçmiş müavin də «az aşın duzu deyilmiş» və o, yeni vəzifəyə təyinat almaq üçün hazırlaşdığını bildirib. TİA.AZ-a verilən məlumata görə, İkram Yaqubovun yaxın vaxtlarda heç də kiçik olmayan postlardan birinə sahiblik edəcəyi gözlənilir. Keçmiş işindən töhmətlə çıxarıldığı üçün bunun əmək kitabçasında yer alması da əhəmiyyətli vasitə kimi qəbul edilmir. Məlumatlara görə, Yaqubov bununla yanaşı, həmin töhmətli sözləri kitabçasından sildirməyi də bacarıb. Və bu məsələdə Beyləqanın icra başçısı Vaqif Abdullayevi əksər məclislərdə sərt şəkildə ittiham etməyə başlayıb. Üstəlik, yaxın günlərdə icra başçısından şikayətçi olacağını da gizlətməyib. Rayondakı bütün «zibillərin» üstünü açacağını vəd edən keçmiş müavin əlində yetərli qədər sənəd-sübutun olduğunu vurğulayıb.

Geri qayıt