Əsas Səhifə > Sosial, Manşet > MİSİR MƏRDANOVU İFŞA EDƏN VİDEOFAKT

MİSİR MƏRDANOVU İFŞA EDƏN VİDEOFAKT


15-01-2013, 08:53
MİSİR MƏRDANOVU İFŞA EDƏN VİDEOFAKT
RƏQİBLƏRİ BAŞQA CÜR TƏHSİL NAZİRİNİ ZƏRƏRSİZLƏŞDİRƏ BİLMİRLƏR

DİA.AZ: - Təhsil sistemindəki bərbadlığın bir nömrəli sorumlusu olan təhsil naziri Misir Mərdanova qarşı yeni kampaniya başlaya bilər. Bu barədə hökumət içindəki etibarlı mənbələr DİA.AZ-a xəbər ötürüb. Qaynağın iddialarından belə aydın olur ki, birbaşa olaraq təhsil mafiyası (bu mafiyə illərdir təhsilə ayrılan büdcə pullarını müxtəlif adlar, bəhanələr altında mənimsəyir və bu mafiyanın hökumət içində böyük şəbəkəsi var - red.) tərəfindən himayə olunan Misir Mərdanovu sıradan çıxarmaq çətin olduğundan rəqib cinah bu məqsədlə böyük bir mətbu kampaniya hazırlayır.

Mənbənin söylədikləri: «Əslində Misir Mərdanovu sıradan çıxarmaq üçün hansısa əlahiddə fəaliyyətə və yaxud da təbliğata ehtiyac yoxdur. İstənilən bir orta məktəbin, ali təhsil ocağının qapısından içəri byoalanmaq yetərlidir ki, Misir Mərdanovun istefa əmrini imzalayasan. Amma görünür ki, Mərdanov bir dağdır. Elə hər iki mənada… Və bu dağı yenmək, yerindən tərpətmək asan olmayacaq».

Məhz bu səbəbdən təhsil sistemindəki eybəcərliklərin davamlı şəkildə mətbuatda işıqlandırılması qərarının verildiyini bildirən mənbəmiz onu da vurğuladı ki, Misir Mərdanov bu faktların sonunda istefa ərizəsini könüllü şəkildə yazacaq: «Çünki ortaya hətta real videofaktlar da qoyulacaq».

Bizi izləməkdə davam edin…

Geri qayıt