Əsas Səhifə > Güney Press, Üçüncü sektor > LƏNKƏRDANDA TƏHSİL BİABIRÇILIĞI

LƏNKƏRDANDA TƏHSİL BİABIRÇILIĞI


15-01-2013, 08:53
LƏNKƏRDANDA TƏHSİL BİABIRÇILIĞI
ŞÖBƏ MÜDİRİ MAFİYA QAYDALARI İLƏ İŞLƏYİR

Lənkəran Şəhər Təhsil Şöbəsi korrupsiya sahəsində rekorda imza atmağa hazırlaşır. Məlumata görə, təkcə, şəhər təhsil şöbəsinin müdiri Şəhanə Əhmədova və müdir müavini Güloğlan Bağırov üçün hər məktəbdən yığılan aylıqlardan söhbət açsaq, yazıq müəllimin ağır duruma necə düşdüyü mənzərə tam aydın olar.
Əldə etdiyimiz məlumatlara görə, hər ay şöbənin müdiri Ş. Əmədova üçün irili - xırdalığından asılı olaraq hər məktəbdən, şöbənin tabeliyindəki məktəbdənkənar müəsissələrdən və bağçalardan 200 - 500 AZN məbləğində pul toplanılır. Rayon üzrə 152 belə müəsissənin olduğunu nəzərə alsaq, bu xeyli vəsait edir. Bu pul müəllimlərdən yığılır və məktəb direktorları və yaxud, onların bu məsələ ilə bağlı ayırdıqları şəxslər yığılan pulu təhsil şöbəsinə gətirib zərfin içərisində müdirin pul yığanına təqdim edirlər. Bəzi mülahizələrə görə, hələlik pul yığanın kimliyini açıqlamırıq. Toplanan bu pulun hamısının, heç də, insafən, müdirə çatmadığı, onun da yuxarılara haqq verməsi barədə söhbətlər var. Bu puldan hansı qüruma və nə qədər verilməsi barədə araşdırmalarımız davam edir və yaxın günlərdə açıqlama verəcəyik.
Şəhər təhsil şöbəsi müdirinin müavini Güloğlan Bağırova isə çatacaq haqqın məbləği və ona verilməsi səhnəsi bir qədər fərqlidir. Müdir müavini üçün rayon üzrə adıçəkilən 152 müəsissədən hər ay yığılan 20 - 50 manat civarında pul zərfin içərisinə qoyularaq məktəb direktoru və yaxud, onların ayırdığı şəxs tərəfindən G. Bağırova kabinetində təqdim edilir. Pulu alarkən müdir müavini öz hərəkətinə “halallıq” çaları verməyi də unutmur. Bu zaman gülümsənən şöbə müdiri, pulu ona təqdim edənə “Allah əvəzini versin. Allah səninçün də yetirsin” ifadələrini işlədərək jestini edir.
Bu insan başa düşmür ki, ona verilən pul rüşvətdir və müəllimlərdən yığılır. Məktəb rəhbərliyinə Allah tərəfindən bunun əvəzinin verilməsi üçün isə direktor mütləq yığımın məbləğini artırmalıdır.
Xatırlatmaq yerinə düşərdi ki, Güloğlan Bağırovun idarə etdiyi xarici markalı avtomobil çox bahalı, 30 - 50 manat civarındadır. Yəqin ki, şöbə müdiri öz halal zəhməti ilə bunu ala və saxlaya bilməzdi.
Əldə etdiyimiz maraqlı bir məlumatı da oxucularımızla bölüşməyi özümüzə borc bilirik. Şöbə müdiri ilin sonunda təhsil şöbəsinin rayon telekommunikasiya qovşağına olan şəhərlərarası telefon danışığına görə 2000 manatlıq debitor borcunu da tələsik məktəblərdən yığılan vəsaitin hesabına ödəyib. Gələn məlumatlarda debitor borcun heç də, rəhbərliyin xidməti işə görə deyil, sadəcə, qohumları ilə danışıqlarına görə yarandığı bildirilir.
Daha bir məlumatda göstərilir ki, ötən ilin noyabr ayında şəhər təhsil şöbəsini yoxlayan Hesablama Palatasının fəaliyyəti uğurlu alınıb. Yoxlamanın ilk günündə təhsil şöbəsində xeyli nöqsan aşkarlayan müfəttişlər sonda razılığa gələ biliblər. Beləliklə, rayon üzrə irili - xırdalığından asılı olaraq hər bir məktəbdən şöbə müdirinin göstərişi ilə, 3000 - 8000 (hər müəllimdən 30-50 manat) civarında pul toplanaraq qonaqlar yola salınmışlar. Ancaq pulun təhsil şöbəsində deyil, başqa bir məkanda cəmlənib, daha sonra gələn qonaqlara təqdim olunması barədə söhbətlər var. Bu barədə araşdırmalarımız davam edir.

Geri qayıt