Əsas Səhifə > Dünya > BUŞUN ATASI SAĞALIB

BUŞUN ATASI SAĞALIB


15-01-2013, 10:32
BUŞUN ATASI SAĞALIB
41-Cİ PREZİDENT EVDƏ MÜALİCƏ ALACAQ

ABŞ-ın 88 yaşlı sabiq prezidenti Corc Buş tam şəkildə sağalaraq, Hyuston xəstəxanasından buraxılıb. Noyabr ayını 23-dən bəri bronxitə qarşı müalicə kursu keçən “ata Buş”, həkiminin dediyinə görə, eks Ağ Ev rəhbəri bundan sonra yalnız fizioterapiya müalicəsini davam etdirəcək.

Həkimin sözlərinə görə, sabiq prezident o qədər yaxşılaşıb ki, hətta heç bir dərman preparatına belə ehtiyac qalmayacaq. Mediklər Buşu hələ dekabrda ev şəraitində müalicəyə yollamaq istəsələr də, xəstənin vəziyyətinin getdikcə pisləşməsi, buna imkan verməyib.

Bununla belə sonrada sabiq ABŞ prezidentinin səhhəti tədricən yaxşılaşıb. Ata Buş öz yerində onu sağaldmış tibbi personala minnətdarlıq edib. Qeyd edək ki, Respublikaçı Corc Buş Birləşmiş Ştatların sayca 41-ci prezidentidir,

O, Ağ Ev rəhbəri olmaqdan savayı, konqresmen, BMT səfiri, Çin üzrə xüsusi nümayəndə, Mərkəzi Kəşfiyyat İdarəsi rəhbəri və Ronald Reyqanın dövründə vitseprezident kimi vəzifələri tutub. Hakimiyyətə 1989-cu ildə gəlmiş Buş, digər sabiq prezident Corc Valker Buşun doğma atasıdır

Geri qayıt