Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > PREZİDENT BU GÜN TOPLANTIDA HANSI MƏMURU DANLAYIB

PREZİDENT BU GÜN TOPLANTIDA HANSI MƏMURU DANLAYIB


15-01-2013, 16:14
PREZİDENT BU GÜN TOPLANTIDA  HANSI MƏMURU DANLAYIB
ƏSGƏR ÖLÜMÜ FAKTINDAN SUİ-İSTİFADƏ VAR

DİA.AZ: - Son zamanlar Müdafiə Nazirliyinin rəhbərliyinə qarşı mətbuatda böyük bir kampaniya həyata keçirilməkdədir. Sanki əllərinə fürsət düşübmüş kimi davranan bəzi çevrələr Daşkəsəndəki əsgər ölümü faktından MN-ə qarşı bir vasitə kimi istifadə etməkdədir ki, bunun özü də ortadakı niyyətin heç də xoşməramlı olmamasından xəbər verir.

Təbii ki, burada kimlərin Səfər Əbiyevi nədən hədəfə alması hər kəsə aydındır. İllərdir MN şefinə qarşı kampaniya aparan Prezident Administrasiyasının rəhbərliyi bu gün əslində əsgər ölümü faktını qabartmaqla bir neçə marağını təmin etmiş olur ki, bu barədə zaman-zaman yazmışıq. İş o həddə çatıb ki, hətta bu gün bəzi mətbu orqanlarda Səfər Əbiyev əslində Müdafiə Nazirliyinə aidiyyatı olmayan səbəblərdən də sorumlu tutularaq ittiham edilməkdədir.

Portalların birində sərhəd qoşunlarının əsgərinin ölümündən sorumlu tutulan MN şefi, başqa bir portalda xəstə çağırışçının ordu sıralarına cəlb edilməsinə cavabdeh kimi təqdim olunur. Halbuki sərhəd qoşunlarına Elçin Quliyevin, hərbi səfərbərlik işinə isə Arzu Rəhimovun nəzarət etməsi, bu işlərdən onların sorumlu olması hər kəsə məlumdur. Amma vəziyyət elədir ki, hətta Səfər Əbiyevi bu gün Dövlət Dram Teatrının afişalarının vaxtlı-vaxtında yazılmamasına görə ittiham etmək də keçərli hesab olunur, təki ittiham hədəfi MN şefi olsun…

DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, əslində bu kampaniyanı başladan qüvvələr vəziyyəti daha bir neçə gün gərgin aitmosferdə saxlamağı qəsd ediblərmiş: «Onların maraqlarına görə, hələ bu həftə ərzində ordu ilə bağlı silsilə xarakterli neqativ halların işıqlandırılması prosesi həyata keçirilməli idi. Bunun ardından da əvvəllər də yayılmış videomateriallar təkrar dövriyyəyə buraxılmalı idi. Amma bu plan durdurulub».

Qeyd edək ki, əslində bəzi KİV-lər artıq belə bir fəaliyyətə baş vurublar. Bununla bağlı danışan mənbəmiz bildirir ki, həmin KİV-lər köhnədən verilən komanda üzrə hərəkət etdiklərindən proseslərin dəyişkənliyinə hələ ayaq uydurmayıblar: «İşə birbaşa olaraq dövlət başçısının müdaxilə etdiyi söylənilir. Diqqət yetirin, əsgər ölümü faktı ilə bağlı ajiotaj elə aksiya ilə də bitdi. Təbii ki, burada «yuxarılar» maraqlı çevrələrin bir oyun oynadığını tam olaraq təsbit etdilər».

Məhz bundan sonra dövlət başçısının məsələlərə müdaxilə etdiyini bildirən qaynağımız vurğuladı ki, elə bu gün Nazirlər Kabinetinin toplantısında da prezident tərəfindən bəzi məmurlar məhz vəziyyətin süni şəkildə gərginləşdirilməsinə görə danlanılıblar.

Geri qayıt