Əsas Səhifə > Gündəm, Manşet > RÖVNƏQ ABDULLAYEVİN "ÖLÜM QAZI"
RÖVNƏQ ABDULLAYEVİN "ÖLÜM QAZI"18-11-2011, 12:34 |
ARDNŞ-İN QAZINA QIZINMAYAN VƏTƏNDAŞLAR, DƏMİNƏ GOR QAZANIR DİA.AZ: - Avropanın demokratiyasından fərqli olaraq təbii fəsil soyuğuna rəsmi Bakı sərhəd bağlamaq gücündə deyil. Artıq qış özünü Azərbaycanda da göstərməkdədir. Havaların qəfil soyuması isə başqa bir problem yaradıb. Tempraturun aşağı düşməsi ilə Bakıda artıq neçə şəxs dəm qazından zəhərlənərək ölüb. Artıq neçənci qış fəslidir ki, dəm qazı gözə görünməz killer kimi ailələri gözüyaşlı qoyur. Son üç ölüm hadisəsi də onu göstərdi ki, ötən illərdəki çoxsaylı ölümlərə baxmayaraq, hökumət faciələrin qarşısını alamaq üçün heç bir addım atmayıb. Rəsmi statistikaya görə Azərbaycanda dəm qazından zəhərlənmə halları son illərdə bir neçə dəfə artıb. Hər il xüsusilə qış mövsümündə Bakıda və regionlarda yüzlərlə insan dəm qazının qurbanı olur. Ekspertlər zəhərlənmənin bir neçə səbəbdən baş verdiyini bildirirlər. İrandan və başqa xarici ölkələrdən gətirilən qaz sobalarının standartlara cavab verməməsi, binaların havalanma sisteminin vaxtında təmizlənməməsi, vətəndaşların qızdırıcı vasitələrdən düzgün istifadə etməməsi faciəyə səbəb olan əsas səbəblər kimi göstərilir. Bütün bunlara görə isə ayrı-ayrı dövlət qurumları cavabdehdir. Başqa sözlə, ölkə vətəndaşlarının təhlükəsizliyinə təminatçı olması haqda and içən dövlət başçısının təyin etdiyi vəzifəli şəxslərin səhlənkarlığı üzündən insanlar dünyasını dəyişir. Amma başlıca səbəb yenə də dəm qazı olaraq qalır. Axı bu dəm qazı nədir, o, insanı necə zəhərləyir? Kimyəvi adı karbon monoksid (CO) olan dəm qazı yanacaq məhsullarının xaric olması üçün yer olmadıqda və ya həmin yer tutulmuş olanda natamam yanma nəticəsində əmələ gəlir. Eyni zamanda alışma sistemi pis işləyən avtomobillər də dəm qazı istehsalçısı sayıla bilər. Avtomobilin havaya buraxdığı dəm qazı ümumi ekoloji ağırlıq yaratsa da, insan həyatını ölüm həddinə çatdıra bilmir. Çünki dəm qazı qapalı şəraitlərdə təhlükəli olur. Karbon monoksidə gözəgörünməz killer də demək olar. Bu qaz iysiz, rəngsiz olduğundan insan onu hiss etmir. İnsan bu qazla zənginləşmiş hava ilə tənəffüs etdikdə karbon monoksid qana daxil olur və nəticədə karboksihemoqlobin yaranır. Məhz bu birləşmənin hesabına toxumalar oksigensizləşir, hipoksiya yaranır. Qaz zəhərlənmələrində soyuq aylarda əhalinin qazla təminatında fəsillələrin yaranması, qaz kəsilmələri də rol oynayır. Əslində havanın tempraturundan asılı olmayaraq qaz təminatında fasilələrin yaranması qeyri-qanunidir. Paytaxda qaz verilən bütün zonalara sayğaclar quraşdırldığı üçün hamının evində sayğaclar var. Burda qış mövsümü sözünü ortaya qoymaq düzgün deyil. Fəsildən və gündən asılı olmayaraq əhaliyə qaz verilməli və işlətdikləri enerji borcuna görə pul tələb olunmalıdır. Hər bir vətəndaş öz isçtəyinə uyğun olaraq yayda da qızıdırıcıdan istifadə edə bilərəm. Bunun heç nə ilə əlaqəsi yoxdur. Ona görə də "Azəriqaz" əhalini normal qazla təmin etməlidir. Havanın temperaturuna uyğun olaraq qazın təchizatı sərfiyyata uyğun olmalıdır. Rəsmi məlumatlara inansaq, Azərbaycanın qaz ehtiyyatları imkan verir ki, təlabat tam ödənilsin. Dəm qazından zəhərlənmələrlə bağlı başqa bir maraqlı məqam da var. Əslində diqqətlə araşdırsaq görərik ki, problem əhaliyə verilən təbii qazın keyfiyyətindədir. Azərbaycan Layihə və Qaz Elmi-Tədqiqat İnstitutu hər ay əhaliyə verilən qazın tərkibini yoxladığını və bu zaman məişət qazının istilikvermə qabiliyyəti, karbohidrogen tərkibinin təhlil olunduğunu bildirir. Amma nəticə başqa faktı ortaya qoyur. İlk növbədə zəhərlənmə hallarının niyə məhz son üç ildə birdən-birə baş verməsi sualına cavab axtarmaq lazımdır. Üç il əvvələ qədər əhalinin təbii qaz təminatı Rusiya qazı hesabına ödənilirdi. O vaxta qədər dəm qazından zəhərlənmə hallarına demək olar ki, təsadüf edilmirdi. Amma indi hər gün zəhərlənmədən ölüm hallarının olduğunu eşidirik. Dəm qazından zəhərlənmə halları 2007-ci ilin əvvəlində Rusiya Azərbaycana qaz ixracını dayandırandan sonra olub. Həmin ildən Azərbaycan abonentləri "Şahdəniz" qazından istifadə edir. Görünən isə odur ki, bu qaz məişətdə istifadəyə yaramır. Düzdür, rəsmi qurumlar "Şahdəniz" qazının da tərkibinin müayinə edilirək əhaliyə verildiyini bildirir amma bütün hallarda sözügedən yatağın qaz ehtiyyatlarından istifadədən sonra zəhərlənmələrin sayının da artdığı göz önündədir. Buna görə də məsələ ilə bağlı məsuliyyəti 2009-cu ildən "Azəriqaz"ı öz tabeçiliyinə keçirən Dövlət Neft Şirkəti məsuliyyət daşıyır. Ümumiyyətlə, ARDNŞ əhaliyə verilən qazla bağlı maraqlı siyasət yürüdür. Ölkə əhalisini yetərincə qazla təmin edə bilməyən ARDNŞ qazı xarici ölkələrə satır. Azərbaycan tərəfinin Rusiyaya qaz satması ölkəmiz üçün olduqca uğurludur. Bu, ölkəmizin regionda mövqelərinin və imicinin yüksəlməsində, dünyada tanınmasında böyük köməklik edəcək bir addımdır. Amma bu siyasət həm də ölkə vətəndaşlarının maraqlarına qarşı yönəlib. Bu gün qaz satışı ölkənin ən sərfəli və ən gəlirli sahələrindən birinə çevrilib. Orta hesablamalara görə, 30 dollara başa gələn təbii qazı ARDNŞ əhaliyə 120 dollara satır. Bir növ ARDNŞ qazın satışından düz 4 dəfə artıq gəlir əldə edir. Bununla yanaşı soyuq aylarda həmin qazanc mənbəyi həm də "ölüm maşını"na çevrilir. Geri qayıt |