Əsas Səhifə > Sosial, Manşet > OQTAY ŞİRƏLİYEVİN ƏYALƏTDƏKİ QƏSSABLARI

OQTAY ŞİRƏLİYEVİN ƏYALƏTDƏKİ QƏSSABLARI


16-01-2013, 08:54
OQTAY ŞİRƏLİYEVİN ƏYALƏTDƏKİ QƏSSABLARI
BƏRDƏ SƏHİYYƏSİNİN HALINA AĞLAYAN LAZIMDIR: ACINACAQLI DURUM

DİA.AZ: - Bərdə rayon mərkəzi xəstəxanasında olan özbaşınalıqlar yenə də davam edir. DİA.AZ bildirir ki, bu barədə Bərdə rayonundan “7GUN.az”a göndərilən məktubda deyilir ki, rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev ilə baş həkim İftixar Zeynalov ticari əlaqəyə girərək səhiyyə ocağını özəl sahə kimi istifadə edirlər.

Adıçəkilən ünvanda hər bir xəstəliyin müalicəsi və müayinəsi ödənişlidir. Şikayətçi həmin ödənişin məcburi olduğunu bildirir. Dövlət tərəfindən verilən dərman preparatları açıq-aşkar satışa çıxarılır. Məlumatda həmçinin bildirilir ki, xəstəxanada olan xəstələrə hər gün dövlət hesabına dərman yazılsa da dərmanla heç bir halda xəstələrə verilmir. Baş həkim isə bütün işlərdən nazirliyin və rayon icra başçısının məlumatlı olduğunu deyərək heç nədən çəkinmədiyini bildirir.

Qeyd edək ki, Bərdə mərkəzi xəstəxanasının baş həkiminin adı bir çox qanunsuzluqlarda hallanmasına baxmayaraq, onun bu cür özbaşınalıqlarına “dur” deyən tapılmır. Və belə olan halda demək olar ki, bu işlərdə adıçəkilən baş həkimə nələrinsə müqabilində çox ciddi kömək edənlər vardır.

Bərdə rayon mərkəzi xəstəxanasında baş verənlərlə bağlı araşdırmalarımız davam edəcək.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt