Əsas Səhifə > Şou-biznes > MƏŞHUR DUETİN DAĞILMASININ GERÇƏK SƏBƏBİ

MƏŞHUR DUETİN DAĞILMASININ GERÇƏK SƏBƏBİ


16-01-2013, 08:58
MƏŞHUR DUETİN DAĞILMASININ GERÇƏK SƏBƏBİ
FİRUZƏ İBADOVA DANIŞDI

Son vaxtlar KİV-də (Kütləvi İnformasiya Vasitələri) çiyin-çiyinə çalışan iki əməkdar artistin - Firuzə İbadova və Cavanşir Quliyevin ayrıldıqları barədə məlumatlar yayılıb. Bu ayrılıq haqda müxtəlif mövzulara da toxunulub; bəzisi cütlüyün toylardakı maddi bölgü ucbatından, bəzisi isə ailədaxili söz-söhbətdən ayrılmaq qərarını verdiklərini söyləyir. Duetin dağılması haqda yayılan şayiələrin qarşısını almaqdan ötrü Firuzə xanım nəhayət ki, bir çıxış yolu tapdı. Beləcə, əməkdar artist Facebook sosial şəbəkəsi vasitəsilə məsələyə aydınlıq gətirmək məcburiyyətində qaldı:

"Əzizlərim! Axşamınız xeyir olsun. Əvvəla, sizi salamlayıram. İkincisi, sizə bir məlumat vermək istəyirəm. Birdən saytlarda oxuyarsınız, bəlkə də inanmazsınız. Biz Cavanşir Məmmədovla 17 illik fəaliyyətimizi dayandırmışıq, dost kimi qalmışıq. Çünki ən azı çörək kəsmişik. Heç bir problem yaşamadan. Sənət fəaliyyətimiz dayandırılıb. Artıq ayrı-ayrılıqda öz sənətimizi xalqa çatdıracağıq. Mən öz tələbələrimə söz vermişəm ki, nəhayət, sizlərlə ciddi məşğul olacağam və xalqımın el şənliklərində, tədbirlərində məmnuniyyətlə iştirak edəcəyəm. İnşallah, bu ilin payız fəslində sizləri solo konsertimlə sevindirəcəyəm. Öpürəm sizləri, mənim dan ulduzlarım!"

Geri qayıt