Əsas Səhifə > Sosial, Manşet > ZİYA MƏMMƏDOVDAN İNHİSARÇI ADDIM
ZİYA MƏMMƏDOVDAN İNHİSARÇI ADDIM18-11-2011, 12:38 |
PAYTAXA MƏMMƏDOVALARA MƏXSUS AVTOVAĞZALDAN GƏLİB-GETMƏK MÜMKÜN OLACAQ DİA.AZ: - Nəqliyyat naziri Ziya Məmmədov bütün avtovağzalları bir əldə cəmləşdirir. Bundan sonra qeyri-qanuni fəaliyyət göstərən avtovağzalların fəaliyyətinə qadağa qoyulacaq və ölkədaxili marşrutlar bir istiqamətdən hərəkət edəcək. Bakı beynəlxalq və şəhərlərarası avtovağzal kompleksi istifadəyə veriləndən sonra şəhərin bir sıra məntəqələrindən bölgələrə avtobusla sərnişin daşınması qadağan olunsa da, bu qərar icra olunmadı. Belə ki, Səməd Vurğun bağından, "Şamaxinka" yaxınlığından, 3-cü mikrorayon dairəsindən və Bayıl avtovağzalı deyilən ərazilərdən rayonlara hələ də avtobuslar sərnişin daşıyırlar. Nəqliyyat naziri artıq həmin vağzalların ləğv olunması barədə göstəriş verib. Bayıl avtovağzalı "Avroviziya-2012" yarışmasına qurban gedib. Ərazidə aparılan söküntülərin sırasına Bayıl avtovağzalı da daxil edilib. Qeyd edək ki, sözügedən avtovağzalın sahibi Türkdilli Xalqların əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri, tanınmış iş adamı İlham İsmayılova məxsusdur. Məlumata görə, avtovağzal üçün iş adamına yeni ərazi təklif olunub. Hələlik İlham İsmayılov həmin yerləri nəzərdən keçirir. Ehtimal olunur ki, Salyan, Şirvan, Hacıqabul kimi rayonlarına sərnişin daşıyan maşınlar bundan sonra Lökbatan dairəsindən, Yeni Binə Ticarət Mərkəzinin yaxınlığından yola düşəcək. Sərnişinlər isə deyirlər ki, əgər belə olacaqsa onları ikiqat xərcə düşəcəklər. Bayıl, Səməd Vurğun bağı, "20 Yanvar", "Şamaxinka" avtovağzallarının yeni avtovağzala birləşdiriləcəyi gözlənilir. Bu barədə nazirliyin rəsmi qərarı olmasa da, artıq həmin vağzallarda işləyən avtobus və taksi sürücülərinə xəbərdarlıq olunub. Onlar Nəqliyyat Departamentinin əməkdaşları tərəfindən sıxışdırılır, ərazidən köçürüləcəklərini deyirlər. Qeyri-qanuni avtovağzalların indiyə qədər fəaliyyət göstərməsi isə səbəbsiz deyildi. Nəqliyyat müfəttişləri həmin sürücülərdən hər gün pul yığırdı. Ancaq sürücülər təzə avtovağzala köçmək istəmir. Əvvəldən burda işlədiklərini deyən sürücülərin sözlərinə görə, sərnişinlər də sözügedən ünvanlara öyrəşiblər. Bayıl avtovağzalında işləyən sürücülər deyir ki, Aran camaatı həmişə bura gəlib: "Sabirabad, Saatlı rayonlarına işləyirəm. Əhaliyə bura yaxındı. Avtovağzal uzaqdı. Desələr gedin avtovağzala, getməyəcəyik. Gedib Lökbatan dairəsindən işləyəcəyik. Orda da dayanmağa imkan verməsələr başqa çarəmiz qalmayacaq". S.Vurğun bağı yaxınlığında Lənkərana işləyən avtobusun sürücüləri isə bildirir ki, onlar əsasən yük daşıyırlar: "Biz gecələr işləyrik. Təcili evinə getmək istəyən bura gəlir. Həm də çoxlu yük aparırıq. Ona börə bura rahatdır". 3-cü mikrorayon dairəsi və "Velotrek" ətrafında dayanan taksi sürücüləri isə bildirdilər ki, ərazidən dayanacaq kimi istifadə etdiklərinə görə nəqliyyat müfəttişlərinə pul verirlər. Sürücülər Nəqliyyat Departamentinin hər gün onlardan yerpulu yığdığını iddia edir: "Sumqayıt maşınlarından 2 manat, rayonlara işləyənlərdən isə 5 manat alırlar". "Şamaxinka"da dayanan sürücülər isə şimal bölgələrinə sərnişin daşıyır. Geri qayıt |