Əsas Səhifə > Dünya > DAHA BİR MƏKTƏBDƏ ATIŞMA
DAHA BİR MƏKTƏBDƏ ATIŞMA16-01-2013, 09:53 |
OLAY NƏTİCƏSİNDƏ BİR NƏFƏR YARAKANDI FaktXeber.com-un verdiyi məlumata görə, Amerikanın Sent Luis şəhərində biznes məktəbində tələbələrdən biri avtomat silahdan atəş açıb. Bu zaman müəssisənin əməkdaşlarından biri yaralanıb. Tələbə bundan sonra özünə qəsd etmək istəyib. Hər iki zərərçəkən xəstəxanaya yerləşdirilib. Həkimlər onların yaşayacağını ehtimal edirlər. Polis məmuru Dotsonun sözlərinə görə, zərərçəkən işçi uzun illərdir ki, adıçəkilən təhsil müəssisəsində administrator vəzifəsində çalışıb. Bu zamana kimi onda zorakılıq xüsusiyyətləri müşahidə olunmayıb. Polislərin gəlmə ərəfəsində tələbələrin çoxu panika içində küçəyə qaçıb. Binada olan 40-50 nəfərdən heç kim zərər çəkməyib. Bundan əvvəl, Nyu-Yorkda silah daşınmasına məhdudiyyət qoyan qanun qəbul edilmişdi. Səbəbi isə Konnektikut ştatında Sendi-Huk məktəbində 20 azyaşlı uşağın, 6 müəllimin ölməsi ilə nəticələn qətliam olmuşdu. Qeyd edək ki, ABŞ-ın Milli Atəş Assosiasiyası (National Rifle Association, NRA) iOS sistemləri üçün odlu silahdan atəş açmağı öyrədən proqram satışa çıxarıb. Milli Atəş Assosiasiyası proqramın zərərsiz olduğunu bildirir, amma faktlar başqa şeydən xəbər verir. Geri qayıt |