Əsas Səhifə > Sosial > FƏTULLAH GÜLƏNİN MALİYYƏ QAYNAQLARI

FƏTULLAH GÜLƏNİN MALİYYƏ QAYNAQLARI


21-09-2011, 12:11
FƏTULLAH GÜLƏNİN MALİYYƏ QAYNAQLARI

AZƏRBAYCAN NURÇULARI DA "PATRONLARINA" PUL ÖTÜRÜR

DİA.AZ: - ABŞ-ın tanınmış sosioloq yazarı Helen Rose nurçuların lideri Fətullah Gülənin və bu camaatın maliyyə qaynaqları ilə bağlı apardığı araşdırmalarını təqdim edib. Rosenin araşdırmaları nəticəsində müəyyənləşdirib ki, Gülən camaatının hazırda nəzarətində Türkiyədə 1000, başqa dövlətlərdə isə daha 1000 məktəb var.

Əsas maliyyə mənbəylərinin təkcə bununla bağlı olmadığını da bildirən amerikalı mütəxəssis qeyd edib ki, güclü şəkildə təşkilatlanmış nurçular gizli qurum olaraq qəbul edilə bilməz. "Təşkilatların çoxu özünü ayrı tutur. Gülən hərəkatında isə bunun tərsi görünür. Onlar daha çox cəmiyyətə inteqrasiya olunmaq istəyirlər".

Araşdırmasının əsas qollarından birinin nurçuların maliyyə qaynağı olduğunu bildirən Rose qeyd edib ki, pulların böyük qismi təşkilat üzvlərindən gəlir. "Bu təşkilatın pulları dəstəkçilərdən gəlir. Hərəkatın içindəki şəxslərin böyük əksəriyyəti illik gəlirlərinin 5-20 faizini təşkilata verirlər. Belə adamların sayı isə 7-10 milyon nəfər arasındadır. Onların pulları ilə təkcə Türkiyədə deyil, başqa dövlətlərdə də tərəfdarlarına maliyyə yardımı edirlər. Hər adamın ortalama 10 faiz gəlirlərini ayırmasını nəzərdə tutun və bunun nə qədər böyük pul demək olduğunu görəcəksiniz".

Qeyd edək ki, nurçuların Azərbaycanda da böyük dayaqları var. Bakıda böyük işlər görən və ciddi biznes sahələri quran "fətullahçılar", həmçinin hakimiyyətin içinə də sızıblar. Ölkənin hər yerində açdıqları litseylər isə sözün həqiqi mənasında gələcək üçün nəzərdə tutulan kadr bazasıdır. Çünki yüksək təhsil alan gənclər nurçuların təsir dairəsində olurlar və gələcəkdə ali təhsil aldıqdan sonra dövlət qurumlarına yerləşdirilirlər. Bu isə düşünülmüş planın tərkib hissələrindən biridir. Bundan başqa, nurçuların Azərbaycanda dayanıqlı fəaliyyət göstərməsi və əhatə dairələrini genişləndirmək üçün türk və yerli şirkətlərin onlara ianələr verdiyi də məlumatlar sırasındadır. Yəni, həmin şirkətlər illik qazanclarından bir qismini nurçuların Azərbaycandakı əsas mərkəzlərinə ötürməklə onların yaşamasını təmin edirlər.

Geri qayıt