Əsas Səhifə > Şou-biznes > PRİMADONNA "ADƏTİNƏ XİLAF ÇIXDI"
PRİMADONNA "ADƏTİNƏ XİLAF ÇIXDI"18-11-2011, 13:18 |
"RƏŞAD İLYASOVU İLHAMƏ XANIM TANIDIB" Azərbaycanın və Dağıstanın xalq artisti, Şöhrət ordenli, türk sənət dünyasının kraliçası və bir çox titulların sahibi İlhamə Quliyeva uzun illərdir heç kimlə duet oxumur. Heç oxumayacağını da bildirən İlhamə xanım "ənənəsini" pozdu. Belə ki, xalq artisti müğənni və bəstəkar Ramal İsrafilovla yeni duet ərsəyə gətirəcək. Ramalın Milli.Az xəbər portalına verdiyi məlumata görə, musiqisi Ramalın özünə məxsus "Hədiyyəm" adlı mahnını duet şəklində ifa etmək təklifi Primadonnanın özündən gəlib: “İlhamə xanım nadir hallarda kimləsə duet ifa edir. Ondan razılıq əldə etmək çətin məsələdir. Ancaq mənim üçün çətin olmadı. Çünki özü istədi və mənim üçün çox sevindirici hal idi ki, İlhamə Quliyevanın öz istəyi ilə onunla duet oxuyacağıq. Sevə-sevə qəbul etdim. İlhamə xanım hər zaman deyirdi ki, gənclərin heç biri ilə duet oxumayacaq. Ancaq mənimlə oxuyacaq”. Açıqlaması zamanı həmkarı Rəşad İlyasovdan söz açan Ramal, Rəşadın məşhur olmağında İlhamə xanımın böyük rolu olduğunu dilə gətirdi: “Bildiyiniz qədər, İlhamə Quliyeva Rəşad İlyasovla oxuduqdan sonra heç kimlə duet ifa etməyib. Əslində Rəşadın tanınmasında İlhamə xanımın böyük rolu olub. Ancaq mənim İlhamə xanımın sayəsində tanınmaq fikrim yoxdur. Çünki məni yetərincə tanıyanlar var”. Geri qayıt |