Əsas Səhifə > Siyasət, Manşet > VƏHABİLƏR YENİDƏN FƏALLAŞA BİLƏR

VƏHABİLƏR YENİDƏN FƏALLAŞA BİLƏR


18-11-2011, 13:45
VƏHABİLƏR YENİDƏN FƏALLAŞA BİLƏR

KÜVEYT DÖVLƏTİ RƏSMİ BAKINI HƏDƏLƏYİB

DİA.AZ: - Bir müddət əvvəl Bakıda olarkən Küveyt dövlətinin xüsusi nümayəndəsi rəsmi Bakıdan vəhabilərə məxsus «Əbu-Bəkr» məscidinin fəaliyyəti ilə bağlı hesabat tələb etdi. Hətta bu barədə yayılan rəsmi məlumatda bildirilirdi ki, Küveyt dövləti Azərbaycanın dölət rəsmiləri qarşısında tələb də qoyublar ki, əgər «Əbu-Bəkr» məscidinin fəaliyyəti bərpa edilməzsə, o zaman bu ölkənin Azərbaycana etdiyi qarşılıqsız maliyyə yardımı durdurulacaq.

Və elə bu zaman məlum oldu ki, sən demə, Küveyt Azərbaycana hər il müəyyən həddə maliyyə yardımı edirmiş və bu yardım Küveytə aid fondlar tərəfindən həyata keçirilib. Təxminən il ərzində 100 milyon ABŞ dolları həddində olan bu yardımın müqabilində isə rəsmi Bakı vəhabilərin fəaliyyətinə şərait yaradırmış.

Bildirək ki, küveytli dövlət adamının Bakıdan getməsinin üstündən 1 aya yaxın vaxtın keçməsinə baxmayaraq, bu istiqamətdə hər hansı yenilənmə müşahidə olunmayıb. Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasına mötəbər qaynaqlardan ötürülən bilgilərdə qeyd olunur ki, halbuki Azərbaycan hakimiyyəti yerli vəhabilər üçün yeni məscidin işası məqsədilə torpaq sahəsinin ayrılacağı haqda vədlər verib:

«Amma buna baxmayaraq heç bir yenilik yoxdur. Torpaqdan da, «Əbu-Bəkr»məscidindən də xəbər yoxdur».

Mənbəmiz bildirir ki, bu da Küveyt tərəfindən qıcıq yaradıb və artıq Azərbaycana ayrılan maliyyə vəsaitinin durdurulması barədə xəbərdarlıq edilib. Gələn ilin əvvəlindən bu yardımın ayrılmasının durdurulacağını bildirən mənbəmiz onu da vurğuladı ki, Küveyt eyni zamanda artıq bir qüvvə halına gəlmiş Azərbaycan vəhabilərinə siyasi müstəvidə fəallaşma tapşırığı da verib: «Bu isə artıq Azərbaycan üçün milli təhlükəsizlik baxımından ciddi siqnal kimi qəbul edilməlidir».

Geri qayıt