Əsas Səhifə > Dünya > SARKİSYAN KİMƏ ƏLVİDA DEYİR?

SARKİSYAN KİMƏ ƏLVİDA DEYİR?


18-01-2013, 11:46
SARKİSYAN KİMƏ ƏLVİDA DEYİR?
ERMƏNİSTAN PREZİDENT SEÇKİSİNDƏN SONRA

Ermənistanın energetika və təbii resurslar naziri Armen Movsisyan prezident seçkilərindən sonra kreslosu ilə xudafizləşəcək. Trend-in məlumatına görə, bu barədə "Armenia Today" "Çorrord İnknişxatunyun" qəzetinə istinadən xəbər verir.
Qəzetin məlumatına görə, prezident seçkilərindən sonra yeni hökumət formalaşacaq və Movsisyan kabinetin tutduğu vəzifədən uzaqlaşdırılacaq üzvlərindən biri olacaq. Məqalə müəllifləri yazır ki, mədən sənayesi sahəsində ciddi qalmaqalın qızışdığı barədə şayiələr gəzir və bu sahədəki çatışmazlıqlara görə məhz energetika naziri məsuliyyət daşıyacaq.
Məqalə müəlliflərinin sözlərinə görə, qalmaqal əksəriyyəti Ermənistan hökuməti tərəfindən aldadılan xarici sərmayədarlarla bağlıdır və burada günahkar kimi məhz Movsisyan çıxış etməli olacaq.

Geri qayıt