Əsas Səhifə > Hadisə, Manşet > QUBAD İBADOĞLU YENİ MÜSAVAT BAŞQANI

QUBAD İBADOĞLU YENİ MÜSAVAT BAŞQANI


18-11-2011, 14:24
QUBAD İBADOĞLU YENİ MÜSAVAT BAŞQANI

ARTIQ BU YÖNDƏ CİDDİ HƏRƏKƏTLƏNMƏ VAR

DİA.AZ: - Bir müddət əvvəl mətbuatda belə bir məlumat yayıldı ki, İsa Qəmbər öz yerinə tanınmış iqtisadçı-alim Qubad İbadoğlunu növbəti Müsavat başqanı olaraq hazırlamaqdadır. Hətta bu prosesə kənardan da kifayət qədər dəstəyin veriləcəyi söylənildi. Bildirildi ki, həm Müsavat daxilindəki və həm də Müsavatdan qıraqdakı Qarabağdan olan ziyalıların namizədi kimi Müsavat başqanlığına iddialı olan Qubad İbadoğlunun şansları xeyli yüksəkdir.

Lakin sonradan bu məlumat bir neçə istiqamətdən təkzib olundu. Hətta Qubad İbadoğlunun özü belə təkzib xarakterli açıqlamaları ilə diqqətə gəldi. Və ortaya əlavə versiyalar atıldı ki, İsa Qəmbər bu məsələdə yeni bir kadra stavka etməyi düşünür. Doğrudur, bu arada onun namizədinin keçmiş müsavatçı deputat Arzu Səmədbəyli olduğu da bildirildi. Hətta hakimiyyətə yaxın qaynaqlar mətbuata belə bir informasiya sızdırdılar ki, realda Müsavat başqanı postuna ən şanslı adaylardan biri hesab olunan Arif Hacılı da məhz bu məqsədlə proseslərdən təcrid olunub. Yəni guya ki, 2 aprel aksiyası məsələsində arif Hacılı məqsədli olaraq güdaza verilib. Amma hələlik bütün bunlar bir versiyadır.

Redaksiyamıza isə bu məsələ ilə bağlı maraqlı bir məlumat daxil olub. Müsavat partiyasına yaxın qaynaqlardan «Dünya» İnformasiya Agentliyinə (dia-az.life) ötürülən məlumatda bildirilir ki, Müsavatda köhnə ideyalar yenidən canlandırılır. Söhbət Qubad İbadoğlunun Müsavat başqanı postuna gətirilmə məsələsindən gedir:

«Artıq müəyyən bir qrup var ki, onlar partiya daxilində Qubad İbadoğlunun təbliğatı ilə məşğuldurlar. Həta həmin şəbəkənin davamlı olaraq Qubad İbadoğlu ilə həmyerli olan Ümid Partiyasının sədri İqbal Ağazadə ilə də davamlı görüşlər keçirmələri məlumdur».

Mənbə bildirir ki, əslində Qubad İbadoğlunun başqan postuna gətirilməsi İsa Qəmbərin maraqları ilə ziddiyyət təşkil etmir: «Doğrudur, onun hələ də Arzu Səmədbəyliyə stavka etdiyi söylənilir. Amma müqayisə etdikdə Qubad İbadoğlu partiya daxilində daha böyük nüfuza malikdir. Hər halda, başqan partiyadaxili rəyi dəyişmə qüdrətinə malikdir. Amma Qubad İbadoğlu ilə bağlı qərarı qətiləşərsə, bu əziyyətdən də qurtulmuş olacaq».


Geri qayıt