Əsas Səhifə > Siyasət, Manşet > SAXTA ŞAHİDDƏN UCARDAKI MAFİYANI İFŞA EDƏN ETİRAF
SAXTA ŞAHİDDƏN UCARDAKI MAFİYANI İFŞA EDƏN ETİRAF21-01-2013, 08:53 |
“BUNU FUAD HÜSEYNOVUN ETMƏSİ HAQDA YALANDAN ŞİKAYƏT VERMİŞİK” DİA.AZ: - Neçə müddətdir ki, Ucar rayonunda peyda olan bir şəbəkə günahsız insanları şərləyərək, onları həbsə atdırır, neçəsinin də haqını tapdayır ki, bu məsələyə dövlətin müvafiq qurumları yalnız seyrçi qalmaqla kifayətlənirlər. Artıq tam olaraq sübuta yetirilib ki, bu gün “Kurtlar Vadisi” adlanan mafiya həbsə atdırdıqlrını məhz şərləyib və onlara qarşı yalançı şahid ifadələrindən istifadə edib. Elə DİA.AZ-a müraciət edən Ucar rayonu M. Ə. Rəsulzadə küçəsi ev 26 ünvanında yaşayan Cəfərov Akif Cəmşid oğlu da yalançı şahidlərdən biri olduğunu rəsmən etiraf edir. Adı çəkilən şəxsin DİA.AZ-a daxil olan müraciətin mətnində deyilir: “Mən, Ucar rayonunda hüquq mühafizə orqanlarının “Kurtlar vadisi” adlı yaratdıqlarrı mafioz, cinayətkar dəstənin qondarma ittihamla şərləyərək həbs etdikləri müstəqil jurnalist və hüquq müdafiəçisi Fuad Hüseynovun cinayət işi üzrə yalançı zərərçəkmiş şəxsəm. Dəfələrlə mətbuatda çıxış edib göstərmişəm ki, Azad Hüseynov və mən sifarişlə özümüzə Ucar rayonun Gəraybəyli kənd qəbiristanlığında bıçaqla xəsarət yetirib, bunu Fuad Hüseynovun etməsi barədə yalandan şikayət vermişik. Ucar rayon və Şirvan Apellyasiya məhkəməsində də bu barədə etiraf ifadəsi vermişəm, həmçinin audio yazılar, video çəkilişlər olan disklər təqdim etmişəm. Bu faktları təsdiq edən şahidlər də dindirilib, bütün sübutlarımızın mötəbərliyi təsdiq olunub. Beləliklə ittihamın qondarma olması, Fuad Hüseynovun təqsirsiz olması və şərlənərək girov götürülməsi təsdiq olunub. Şirvan Apellyasiya Məhkəməsi bu halları araşdırıb həqiqəti tamlıqla üzə çıxarsa da, sonunda Ucar rayon məhkəməsinin 26 sentyabr 2011-ci il tarixli hökmün qüvvədə saxlamaqla ədalətsiz olaraq sifarişlə iş gördüyünü ortaya qoydu. Korrupsiya-rüşvət yuvası olan formal işlər aparan Şirvan Apellyasiya Məhkəməsi mafioz dəstələrin sifarişini qanundan üstün tutmuş oldu. Çünki bunlar hamısı cinayətlə məşğul olan vəzifəli şəxslərdir ki, hər gün qanunları tapdamaqla məşğuldurlar. Şirvan Apellyasiya Məhkəməsi 12. dekabr 2012-ci il tarixində Ucar rayon məhkəməsinin saxta hökmünü qüvvədə saxlamaqla yanaşı mənim barəmdə AR Cinayət Məcəlləsinin 296 və 297-ci maddələri ilə cinayət işinin başlanmasına dair xüsusi qərar da çıxarmışdır. Guya mən Fuad Hüseynovun bizə bıçaqla vuraraq xəsarət yetirməməsini və özümüz-özümüzə xəsarət yetirməyimizi yalan demişəm, ittiham da qondarma deyil. Bu da “ədalət mühakiməsi”. Mən yalan heç nə demirəm, əgər deyirəmsə Allah mənim bəlamı versin, yoxsa bu qondarma ittihamı sifariş edənlərin və müdafiə edən məhkəmələrin bəlasını versin... Fuad Hüseynovun təqsiri yoxdur o,vətəndaşların hüquqlaını müdafiə etdiyi üçün “Kurtlar vadisi” adlı cinayətkar dəstənin qanunsuz əməllərini mətbuatda ictimailləşdirib ifşa etdiyi üçün onu bizim əlimizlə şərləyib həbs ediblər.Əgər Fuadın barəsində olan qondarma cinayət işi üzrə qondarma ittihamı təsdiq edən mötəbər sübut varsa buyursunlar ortaya qoysunlar. Əgər sübutları yoxdursa, belə girov saxlamanın cavabını kim verməlidir? Dəhşətlisi isə odur ki, Ucar rayon məhkəməsinin hakimi İsgəndərov Çingiz Əmir oğlunun mənə zəng edərək Fuadın əleyhinə yalan ifadə verməyə məcbur etməsini təsdiq edən audio səs yazısı var. Bu biabırçılıqdır, onlar öz eyiblərinə kor olmaq əvəzinə, həyasızlıq edərək pis əməllərindən çəkinmirlər. Şirvan apellyasiya məhkəməsinin barəmdə çıxardığı qərardan kassasiya şikayəti verəcəyəm. Çünki mənə başlanmış cinayət işi ilə mafozların əlinə ciddi fürsət keçib ki, mənə işgəncələr verərək Fuadın qondarma ittihamına qarşı getməkdən çəkindirsinlər, həm də həbsə atmaqla digər cinayətlərini ört-basdır etmiş olsunlar. Mən yalançı zərərçəkmiş Cəfərov Akif Cəmşid oğlu ölkə prezidenti cənab İlham Əliyevdən cinayətkar dəstənin cəzalanmasını və şərlənərək həbs edilmiş Hüseynov Fuad Oktay oğlunun tezliklə azad olunmasını xahiş edirəm. Qeyd edək ki, həmin cinayətkar dəstənin qurbanlarından biri də keçmiş vicdan məhbusu Taleh Xasməmmədov olmuşdur ki, o prezidentin 26 dekabr 2012-ci il tarixli əfv sərəncamı ilə azadlığa buraxılıb. Fuad Hüseynov isə 14 sentyabr 2010-cu il tarixdən qanunsuz həbsə alınıb. Ucar rayon məhkəməsinin 26 sentyabr 2011-ci il tarixli hökmü ilə 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə məhkum edilmişdir”. Geri qayıt |