Əsas Səhifə > Sosial, Manşet > KEÇMİŞ REKTORU ARADAN GÖTÜRMƏK İSTƏYİRLƏR
KEÇMİŞ REKTORU ARADAN GÖTÜRMƏK İSTƏYİRLƏR21-01-2013, 09:23 |
HAMIYA XƏBƏRDARLIQ EDƏN ELŞAD ABDULLAYEVİN DƏ HƏYATI TƏHLÜKƏDƏDİR DİA.AZ: - Artıq bir neçə aydır ki, lisenziyası ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin yaydığı gizli videoçəkilişlər ölkənin altını üstünü çevirməkdədir. Baş verənlər həm hakimiyyətiçi münasibətlərdəki ənənəvi balansı darmadağın edib və həm də ölkə içində yeni siyasi münasibətlər formalaşdırmağa başlayıb. Çox nüfzulu dövlət adamlarına qarşı ayrı-ayrı şəxslərin dilləri ilə olduqca ağır ittihamların yer aldığı bu videofaktlar əslində bütövlükdə olaraq bir hökuməti istefaya göndərəcək qədərində əhəmiyyətli olsa da, hələ də həmin materialların əsas hədəfləri «alınmaz qala» olduqlarını nümayiş etdirirlər. Bu isə öz növbəsində ortaya yeni mənzərə çıxarmaqdadır. Artıq bunun ilkin işartılarını kifayət qədər sezməyə müvəffəq olmuşuq. Söhbət məşhur «mandat bazarlığı»nda vasitəçi kimi təqdim olunan Sevinc Babayevanın naməlum şəkildə dünyasını dəyişməsindən gedir. Elə bu proses boyunca mandatı əlindən alınmış, nüfuzu xeyli dərəcədə zərər görmüş və bu gün azadlıqda qalması da müvəqqəti olan Gülər Əhmədovanın özünün də həyatının təhlükə altında olduğu söylənilir və bu barədə həm Elşad Abdullayev açıqlama ilə çıxış edib, həm də ayrı-ayrı dairələr tərəfindən xəbərdarlıq xarakterli informasiyalar yayıdıb. DİA.AZ-a hökumət içindəki mötəbər mənbələrdən verilən informasiyalarda isə bildirilir ki, bu gün hamını uyaran Elşad Abdullayevin öz həyatı da böyük risq altındadır: «Bəlkə də keçmiş rektor hansı dərəcədə təhlükə altında olmasının fərqində deyil və bu da onda arxayınçılıq yaradıb. Amma bilməlidir ki, bu gün hədəfə aldığı qüvvələr üçün bir nömrəli, ilk növbədə susdurulası hədəf elə məhz onun özüdür». Mənbəmizin sözlərinə görə, hətta bu arada Elşad Abdullayevə qarşı konkret şəxslərin təlimatlandırıldığı da söylənilir: «Bu işdə Rusiyanın xüsusi xidmət orqanlarının iştirak edə bilməsi çox inandırıcıdır. Ona görə də Elşad Abdullayevin bu gün Azərbaycan dövlətinə sığınmaqdan başqa bir yolu yoxdur. O, hətta Azərbaycana dönəcəyi təqdirdə həbs olunsa belə, yenə də Bakı keçmiş rektor üçün ən təhlükəsiz ünvan ola bilər. Əgər belə olmasaydı, Sevinc Babayevaya Bakıda təhlükə yaradardılar»… Geri qayıt |