Əsas Səhifə > Sosial, Manşet > ƏBÜLFƏZ ELÇİBƏYİN DEVRİLMƏSİNDƏ MÜHÜM MƏQAM

ƏBÜLFƏZ ELÇİBƏYİN DEVRİLMƏSİNDƏ MÜHÜM MƏQAM


21-01-2013, 11:21
ƏBÜLFƏZ ELÇİBƏYİN DEVRİLMƏSİNDƏ MÜHÜM MƏQAM
BÜTÜN KƏŞFİYYAT DAİRƏLƏRİ İLK OLARAQ İSGƏNDƏR HƏMİDOVU HƏDƏFLƏYİB

DİA.AZ: - Son günlər mətbu orqanlar mərhum prezident Əbülfəz Elçibəyə qarşı həm sovet dönəmlərində və həm də ondan sonrakı müddət ərzində qurulan oyunları müzakirə etməkdədirlər. DİA.AZ redaksiyasıza bu barədə çox maraqlı faktlar daxil olub ki, həmin bilgiləri sizinlə bölüşmək qərarına gəldik.

Mötəbər mənbənin bildirdiyinə görə, SSRİ zamanlarından xüsusi izlənən «obyekt»lərdən biri olan Əbülfəz Elçibəyin hakimiyyətdən devrilməsi üçün bir neçə kənar və yerli güc eyni vaxtda fəaliyyətə keçibmiş: «Maraqlıdır ki, onlar ayrı-ayrılıqda fəaliyyət göstərsələr də, fərqli maraqlara xidmət etsələr də, Əbülfəz Elçibəydən sonra iqtidarı başqa cür görsə də, hədəfləri eyni olduğundan, onların qarşısındakı əngəllər də eyni olub».

Mənbəmiz iddia edir ki, bütün qüvvələrin yekun araşdırma-hesabatlarında bir məsələ xüsusi olaraq vurğulanıb: «Onlar Əbülfəz Elçibəyin hakimiyyətdən devrilməsi üçün yeganə əsas problem kimi o zamanlar böyük nüfuza malik olan keçmiş Daxili İşlər Naziri İsgəndər Həmidovu görüblər. Ona görə də ilk növbədə İsgəndər Həmidov əsas əngəl kimi təqdim olunub və onun zərərsizləşdirilməsi üçün hərəkətə keçilib. Buna nail olduqdan sonra bir neçə aya Əbülfəz Elçibəyin devrilməsinə nail olublar».

Hər halda, bu gün bir çoxları üçün bəlkə də təəccüblü gələ biləcək bu faktın xüsusi xidmət orqanlarının məxfi qrifli sənədlərində də yer aldığını bildirən mənbəmiz əlavə etdi ki, elə Azərbaycanın yerli təhlükəsizlik orqanlarında da köhnə dövrlərə aid sənədlərdə bu məsələ xüsusi olaraq əks olunub: «İsgəndər Həmidovun uzun müddətə həbs olunması və indinin özündə də siyasətdən uzaq tutulması daha çox bu faktorla əlaqələndirilə bilər».

Geri qayıt