Əsas Səhifə > Güney Press, Üçüncü sektor > QAZAXDA BAYRAQ BİABIRÇILIĞI BÖYÜYÜR

QAZAXDA BAYRAQ BİABIRÇILIĞI BÖYÜYÜR


21-01-2013, 11:29
QAZAXDA BAYRAQ BİABIRÇILIĞI BÖYÜYÜR
Cavid Şirəliyev: "Bu hadisə ümumilikdə Azərbaycan dövlətinə və xalqına hörmətsizlikdi"

Bir müddət öncə KİV-də Qazax rayonunda keçirilən bayraq festifalından sonra həmin bayraqların “Belorus” maraklı traktorun qovuşunda daşınması prosesini əks etdirən foto yayılıb. Həmin foto çox geniş rezonans yaratdı. Hadisəyə millət vəkili Qənirə Paşayeva da sərt şəkildə etiraz edib. Daha sonra Qazax RİH-də geniş iclas keçirilib.

Amma hadisənin üstündən xeyli müddət keçməsinə baxmayaraq, bayrağa sayğısızlıq göstərənlər cəzasız qaldı. Sadəcə bu işi fəhlələrin günahı kimi ört-basdır ediblər. Bütün bunlar cəmiyyətdə müəyyən söz-söhbətin yaranmasına səbəb olub.

Qeyd edək ki, bu müqəddəs bayrağa sayğısızlıq etmək olmaz. Məhz o bayrağın uğrunda neçə-neçə mərd oğullarımız canlarından keçiblər.

Onu da bildirək ki, artıq bu məsələ ictimai təşkilatların da etirazına səbəb olub. Məsələ ilə bağlı bir daha hüquq-mühafizə orqanlarına müraciət edəcəklərini bildirən Hüquq və Azadlıqların Müdafiəsi İnstitutunun (HAMİ) Qazax filialının rəhbəri, hüquq müdafiəçisi Cavid Şirəliyevin sözlərinə görə, baş vermiş hadisəni ört-basdır etmək üçün maraqlı olan müəyyən qüvvələr var: “Açığı Qazax rayonunda baş vermiş bayraq rüsvayçılığı hər bir vətəndaşı narahat etdi. Baş verən olayın üzərindən müəyyən zaman keçməsinə baxmayaraq bu işdə günahkarların araşdırılması prosesini əngəlləyən qüvvələr var. Biz başa verən hadisə ilə bağlı aidiyyətli qurumlardan məsələnin araşdırılmasını və məsuliyyətli şəxs barədə qanuna müvafiq ölçü götürülməsini tələb edirik. Bu hadisə ümumilikdə Azərbaycan dövlətinə və xalqına hörmətsizlikdi”.

Geri qayıt