Əsas Səhifə > Partiya > ELŞAD ABDULLAYEV OLAYINA DAHA BİR REAKSİYA

ELŞAD ABDULLAYEV OLAYINA DAHA BİR REAKSİYA


21-01-2013, 12:31
ELŞAD ABDULLAYEV OLAYINA DAHA BİR REAKSİYA
ZAHİD ORUCDAN ŞOK AÇIQLAMALAR

“Azərbaycan xarici siyasət orientasiyasında köklü dəyişikliklərə nail olmaq, Rusiyameylli dairələri hakimiyyətə gətirmək niyyətləri var. Kiminsə Strasburqdan bu siyasətin həyata keçirilməsi üçün “silahlar” verməsi, digərlərinin başqa cinahdan proseslərə qatılması isə başqa məsələdir”.
Bu sensasiyalı bəyanatla Milli Məclisin Təhlükəsizlik məsələləri komitəsinin üzvü Zahid Oruc ABU-nun kesmiş rektoru Elşad Abdullayevin yaydığı kompromatlar ətrafında gedən prosesləri Modern.az-a şərh edərkən çıxış edib.

Onun sözlərinə görə, “ölkədə 2005-ci ilin dumanı dolaşır” deyərkən hakimiyyət daxilində proseslərə mənfi ton verən qüvvələri nəzərdə tutub.

“Mən heç şübhəsiz ki, “2005-ci ilin dumanı” deyərkən həmin ildə həbs olunmuş sabiq nazirləri nəzərdə tuturam. Amma, ona işarə etməmişəm ki, hakimiyyət daxilində proseslərə mənfi ton verən qüvvələr var. Eyni zamanda hakimiyyətdə narazı elektorat bazasını, fərdləri təşkilatlandırmaqla bağlı nəyisə nəzərdə tutmamışam”.

Deputat onu da qeyd edib ki, onun əsas niyyəti proseslərdə eyni məqamları qabartmaq olmayıb.

“Mənim niyyətim proseslərdə eyni nöqtələri vurğulamaq deyildi. Başlıca məqsədim seçki illərində üç amilin rolunu qeyd etmək olub. Xarici faktor, daxildə narazı kütlə, ayrı-ayrı kompromatlarla silahlanmış və həmişə revanşa hazır olan dairələrin mübarizələri birləşir və onlar seçkidə alternativə çevrilirlər. Öz-özlüyündə ola bilər ki, namizədlə çıxış etmirlər. Ancaq proseslərə elə təsir göstərməyə çalışırlar ki, guya, onlarla hesablaşmaq gərəkdir. Həmçinin, həmin qüvvələr öz maraqlarının nəzərə alınmasını tələb edirlər”.

Deputatın sözlərinə görə, ölkədə əsas mənafe qruplarının iqtidarın çevrəsində olmasına baxmayaraq, təyin olunmamış nüanslar da ortada qalır.

“Buna görə də Elşad Abdullayev, başqa bir ictimai hadisə, fərd olaraq hakimiyyət əleyhinə yönələn Rusiyameylli qüvvələri bu proseslərdə istifadə etməyə çalışacaqlar. Zənn edirəm ki, bu dönəmdə Rusiyayönümlü qüvvələri təşkilatlandırmaq istəklərini açıq şəkildə görmək mümkün deyil”.

Geri qayıt