Əsas Səhifə > Şou-biznes > RƏQSANƏ NƏDƏN MƏHKƏMƏYƏ GEDİR?
RƏQSANƏ NƏDƏN MƏHKƏMƏYƏ GEDİR?22-01-2013, 08:54 |
MÜĞƏNNİ HƏLƏ QIZINI ƏRƏ VERMİR Ötən həftə mətbuatda Rəqsanənin qızı haqqında qalmaqallı xəbər yayılıb. Xəbərdə yazılır: “Müğənni Rəqsanə qızı Aysunu sevgilisindən gizlətmək məqsədi ilə Moskvaya aparıb. O həmçinin balaca qızı Yağmuru da Moskvada bağçaya qoyub. Belə ki, müğənni qızını sevgilisindən ayırmaq və onu şou-biznesdə görmək arzusundadır. Elə Rəqsanənin qızına təmtəraqlı ad günü keçirməsi və bahalı hədiyyələr bağışlaması da Aysunun könlünü almaq məqsədi daşıyıb. Anasının bu addımı sevgilisindən heç cür ayrılmaq istəməyən Aysun tərəfindən pis qarşılanıb. Hətta buna görə ana ilə bala arasında inciklik yaşandığı da deyilir”. Övladının adı hallanan məlumatdan qəzəblənən sənətçinin mövqeyi sərt olub. O, KİV-ə açıqlama verməyi zəruri bilib. Rəqsanənin açıqlamasında yazılır: “Mən bunu reytinq xatirinə yayılan bir xəbər adlandırıram. Mən sənətçiyəm və cəmiyyətin marağını çəkdiyimdən, barəmdə yayılan hər hansı yazının mahiyyətindən, bəlkə də, bu qədər qəzəblənməzdim. Lakin xəbər həqiqəti əks etdirməyəndə lazımı tədbirimi görürəm. Mənim övladımın adının belə bir yazıda yalandan şişirdilməsi sərt açıqlama yaymağıma səbəb olub. Qəti şəkildə bildirirəm ki, heç kimin övladlarımın adını həqiqətə söykənməyən yalançı məlumatda hallandırmaq ixtiyarı yoxdur. Onlar mənim mühafizəm altındadırlar. Ayaqlarına daş dəyməsini istəmirəm. Aysuna gəlincə, o, ailə quran yaşda deyil. Yaxın gələcəyini sırf karyerası üzərində qurub. Ailə qurmaq yaşına gələndə, mən kiminlə məsləhət bilsəm, onunla da nikaha daxil olacaq. Bu, bizim ailə qərarımızdır. Aysunu Moskvaya karyerasını artırmaq məqsədi ilə gətirmişəm. Bunu mətbuatda dəfələrlə hallandırmışıq. Kiçik qızım Yağmuru da uşaq bağçasına yazdırdım. Anam yanımızdadır. Hazırda şəkər xəstəliyinə görə ayağında yaranan problemdən xəstəxanada müalicə alır. Evə buraxılandan sonra onun da nəzarəti uşaqların üzərilərində olacaq” – deyən Rəqsanə bildirib ki, cəmiyyət arasında qızının müğənni olacağı barədə yayılan xəbər də onu narahat edir: “Bizə məxsus xəbərlərin şərhlərində oxuyuram ki, insanlar Aysunu müğənni kimi hədəfə alırlar. Qəti şəkildə bildirirəm ki, Aysunu nə müğənni, nə aktrisa kimi görmürəm. Onu ümumiyyətlə, şou-biznes üçün hazırlamıram. Modelyer olacaq. O, bəzi sənətçilərə sevə-sevə geyimlər tikir, amma bu, onun şou-biznes adamı olduğu demək deyil”. Aysun da barəsində yayılan xəbərə mövqe bildirib: “Ana-bala nəinki bayram, ad günlərində, adi günlərdə belə hədiyyələr alırıq. Bu, bir-birimizə olan sevgidən irəli gəlir. Heç bir oğlanı anamın bir dırnağına dəyişmərəm. Anam bizə hayandır. Taleyimizi, karyeramızı düşünür. Pisi-yaxşıdan ayırmağımıza yardımçıdır. Mahiyyəti ürək açmayan belə bir xəbər ailəmizdə xoş qarşılanmadı. Mənim ailə quran yaşım deyil. Karyeramı düşünürəm. Bunu barəmdə qaranlıq düşünən insanlara bir sərt ismarış olsun deyə bildirirəm”. Sonda müğənni Rəqsanə sərt bəyanat verdi. Bildirdi ki, övladları haqqında dezinformasiya yayan hər bir kəs, əlində sübutu olmadığı təqdirdə hüquqi yolla cəzalandırılacaq. Geri qayıt |