Əsas Səhifə > Partiya > SƏRDAR CƏLALOĞLUNUN TƏLƏBLƏRİ

SƏRDAR CƏLALOĞLUNUN TƏLƏBLƏRİ


22-01-2013, 15:36
SƏRDAR CƏLALOĞLUNUN TƏLƏBLƏRİ
ADP-NİN İDARƏ HEYƏTİ TOPLANDI

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub.

İdarə Heyəti üzvləri ilk növbədə Rusiyanın son bir neçə ay ərzində Ermənistana çoxlu sayda silah-sursat, hərbi texnika, hava hücumundan müdafiə və aviasiya vasitələri ötürməsi faktını müzakirə edib. Müzakirələrdə Rusiyanın bölgədəki sabitliyi və təhlükəsizliyi təhdid edən, hərbi təcavüzkarı dəstəkləyən, pozucu və qarışdırıcı davranışlarından narahatlıq ifadə olunub, bu addımların Rusiyanın ATƏT-in Minsk qrupundakı fəaliyyəti ilə ziddiyyət təşkil etdiyi qeyd edilib. Eyni zamanda Rusiya-Ermənistan hərbi ittifaqının Cənubi Qafqazda sülh və təhlükəsizliyin pozulmasına xidmət etdiyini, Rusiyanın Xəzərdə millitarizasiya siyasətinin xəzəryanı dövlətlərin hüquqlarının pozulmasına qarşı yönəldiyini diqqətə çəkən partiya rəsmiləri beynəlxalq təşkilatları Rusiyanın regiondakı pozucu əməllərinə siyasi qiymət verməyə və bu təcavüzkar siyasətin aradan qaldırılması üçün təsirli tədbirlər görməyə çağırıb.
İdarə Heyəti üzvləri yanvarın 19-da “Binə” Ticarət mərkəzində sahibkarların inhisarçılıq və rüşvətalma faktları ilə bağlı keçirdiyi etiraz aksiyasının güc strukturları tərəfindən zorakılıqla qarşısının alınması, aksiya iştirakçılarının polislər tərəfindən döyülməsi, həbs olunması və digər qeyri-qanuni hərəkətlər həyata keçirməsini qətiyyətlə pisləyib və hakimiyyəti vətəndaşların haqlı sosial iqtisadi tələblərinin qarşısının alınmasına yönələn polis zorakılığına son qoymağa və günahkar şəxsləri cəzalandırmağa çağıırb.
İdarə Heyəti üzvləri Ermənistanın Xocalı aeroportunun beynəlxalq istifadəyə verilməsi ilə bağlı son addımlarını müzakirə edib və bu cəhdlərin beynəlxalq hava hüququnun əsas prinsipinə-dövlətlərin onların hava sahəsi üzərində müstəsna və tam suverenliyi prinsipinin pozulması kimi dəyərləndirib. Qeyd olunub ki, Dağlıq Qarabağ və onun bir kəsimi olan Xocalı aeroportu Azərbaycan dövlətinin yurisdiksiyasına daxil olan ərazidir və Azərbaycan hakimiyyətinin ixtiyarı olmadan heç bir ölkənin bu ərazidən uçuş əməliyyatı keçirməyə səlahiyyəti yoxdur. İdarə Heyəti üzvləri hakimiyyəti Ermənistanın Xocalı aeroportundan qeyri-qanuni və təcavüzkarlığa şərait yaradan uçuşlar həyata keçirməsinin qarşısını almağa və bu sahədə beynəlxalq və diplomatik səyləri gücləndirməyə çağıırb.
İdarə Heyəti üzvləri son vaxtlar İranda həmin ölkənin vətəndaşlarının, o cümlədən Cənubi Azərbaycandan olan soydaşlarımızın müxtəlif hətrəkətlərə görə edam edilməsi faktından narahat olduğunu bildirib və orta əsrlərin feodal gələnəklərinə söykənən edam cəzasının dünyada aradan qaldırılmasınıın vacibliyini diqqətə çatdırıb.
İdarə Heyəti üzvləri R.İbrahimbəyov və R.Balayevin timsalında Ziyalılar Forumunun üzvlərinə qarşı davam edən repressiv hərəkətlərdən narahat olduğunu bildirib və hakimiyyəti vətəndaş qarşıdurmasına stimul verən bu addımlardan geri durmağa ölkədə söz, fikir azadlğının qorunmasına şərait yaratmağa çağırıb.
İdarə Heyəti üzvləri AŞ PA-ın qış sessiyasında Azərbaycanla bağlı məsələlərin müzakirəyə çıxarılmasını təqdir edib və qurum üzvlərini ölkəmizdəki repressiv mühitə düzgün qiymət verməyə, ölkədə söz, mətbuat, fikir azadlığı və insan haqlarına qarşı yönələn sərt siyasətin qarşısının alınması üçün təsirli tədbirlər görməyə çağırıb.

Geri qayıt