Əsas Səhifə > Dünya > FARS-MOLLA REJİMİ QUDUZLUĞUNU DAVAM ETDİRİR
FARS-MOLLA REJİMİ QUDUZLUĞUNU DAVAM ETDİRİR21-11-2011, 12:58 |
BİR GÜNDƏ ÜÇ NƏFƏRİ DARA ÇƏKDİLƏR İranın Mazandaran əyalətinin Sari şəhər həbsxanasında bazar günü üç nəfər edam olunub. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir. Məlumata əsasən, Sari şəhər prokuroru Əsədullah Cəfəri bildirib ki, həmin şəxslər külli miqdarda narkotik maddələrin daşınması, satışı və istifadəsi ittihamı ilə edama məhkum olunublar. BMT və "Amnesty International" dəfələrlə İrandan edamların dayandırılmasını tələb edib. Hüquq müdafiəçiləri bildirirlər ki, İranda edamların sayı rəsmi statistikalarda göstərildiyindən daha çoxdur. Geri qayıt |