Əsas Səhifə > Şou-biznes > RƏQSANƏ YENƏ DƏ BORCLU ÇIXDI

RƏQSANƏ YENƏ DƏ BORCLU ÇIXDI


21-11-2011, 13:01
RƏQSANƏ YENƏ DƏ BORCLU ÇIXDI

BU DƏFƏ MÜĞƏNNİ KOSMETİKA ŞİRKƏTİNİN HƏDƏFİDİR

Azərbaycan şou biznesinin tanınmış siması, müğənni Rəqsanə ilə bağlı məlumatlar mətbuatda tüğyan edir.

Bir müddət əvvəl sevgilisi tərəfindən döyülməsi barədə yayılan məlumatlardan sonra ölkə mətbuatını “zəbt edən” Rəqsanə İsmayılova ilə bağlı daha bir kriminal xəbər ortaya çıxıb. Azərbaycanın tanınmış kosmetika şirkəti olan “İdeal” R. İsmayılovanı məhkəməyə verib. Nizami rayon Məhkəməsindən “Qafqazinfo”ya verilən məlumata görə, buna səbəb Rəqsanə şirkətə olan kredit borcunu qaytaramamsıdır.

Belə ki, Rəqsanə bir müddət əvvəl “İdeal”dan kredit yolu ilə qiymətli kosmetika məhsulları götürüb. Borcunu kredit yolu ilə ödəsə də, sonradan borcunu qaytarmaqdan imtina edib və onun şirkətə 500 manat borcu qalıb. Dəfələrlə Rəqsanəyə bu barədə xəbərdarlıq edilsə də, o, borcunu qaytarmayıb. Ona görə də, “İdeal” Nizami rayon Məhkəməsinə şikayət edib.


Geri qayıt