Əsas Səhifə > Şou-biznes > MÜĞƏNNİMİZ OYNAYA-OYNAYA OXUYACAQ

MÜĞƏNNİMİZ OYNAYA-OYNAYA OXUYACAQ


23-01-2013, 08:54
MÜĞƏNNİMİZ OYNAYA-OYNAYA OXUYACAQ
"BİZİM NƏYİMİZ ƏSKİKDİR?"

Azərbaycan şou-biznesində yetərincə tanınan müğənni-bəstəkar Rəhim Rəhimlidən şok açıqlama gəldi!

“Ətrafımda müxtəlif səpgili rəqs qrupları var: milli, hip-hop, ərəb. Elə isə niyə bu fürsətdən istifadə etməməliyəm? Axı bizim xarici ulduzlardan nəyimiz əskikdir? Bundan sonra mahnılarımda özüm də oynayacağam! Həm rəqs edəcəyəm, həm də ifa edəcəyəm. Fevral ayından etibarən məşqlərə başlayacağam. İlk rəqs edəcəyimiz mahnım “Ay ay ay” olacaq. Məncə, bu həm yenilik olacaq, həm də fəqli görüntü. Yaxşı alınacaq”, - deyə Oxumeni.az-a yeniliklərindən bəhs edən Rəhimli tezliklə bu ilin hitinə çevriləcək daha bir neçə mahnını tamaşaçıların ixtiyarına buraxacaq.

Geri qayıt