Əsas Səhifə > Sosial, Manşet > İCRA BAŞÇILARI ÜÇÜN YENİ PULYIĞMA FÜRSƏTİ

İCRA BAŞÇILARI ÜÇÜN YENİ PULYIĞMA FÜRSƏTİ


23-01-2013, 09:56
İCRA BAŞÇILARI ÜÇÜN YENİ PULYIĞMA FÜRSƏTİ
PREZİDENT SEÇKİLƏRİ BƏZİLƏRİNİN ƏLİNƏ YENİ TALAN BƏHANƏSİ VERİB

DİA.AZ: - Redaksiyamıza Gəncəbasar bölgəsindən maraqlı bir məlumat daxil olub. DİA.AZ-a Şəmkirdən verilən xəbərə görə, yerli icra strukturları qarşıdan gələn prezident seçkilərilə əlaqədar rayonda pulyığma kampaniyasına start veriblər. Bu barədə danışan şəmkirli iş adamlarından birinin sözlərinə görə, artıq icra hakimiyyətinin nümayəndələri bir-bir sahibkarlarla danışaraq, onlardan prezident seçkilərində «fəal olmalarını» istəyib:

«İcra hakimiyyətinin işçiləri birbaşa olaraq başçının göstərişi ilə iş adamlarına pul tələbi qoyublar. Konkret məbləğ yoxdur. Kimindən 1000 manat istənilib, kimindən də 5000 manat».

Mənbəmiz bildirir ki, bundan narazı qalan bəzi sahibkarlar etiraz etməyə qalxsalar da, onlara icra hakimiyyətinin işçiləri sakit şəkildə «o zaman şələ-şüləni götür, rayonu tərk elə» sözünü deməkdən də çəkinməyiblər.

Onu da bildirək ki, anoloji pulyığma kampaniyasının sədası Qazax və Tovuz rayonlarından da daxil olub. Bu barədə DİA.AZ-a xəbər verən Qazaxdakı bölgə müxbirimizi vurğulayır ki, sahibkarlarla yanaşı, yerli idarə və müəssisə rəhbərləri də qarşıdan gələn prezident seçkilərinin «ağırlığını» indidən çiyinlərində hiss etməyə başlayıblar.

Geri qayıt