Əsas Səhifə > Dünya > KNESSET İKİYƏ BÖLÜNDÜ
KNESSET İKİYƏ BÖLÜNDÜ23-01-2013, 10:13 |
NETANYAHU YENİDƏN BAŞ NAZİR OLA BİLƏR İsraildə yanvarın 22-də keçirilmiş parlament seçkisinin ilkin nəticələri açıqlanıb. “Media forum” saytının məlumatına görə, baş nazir, Likud Partiyasının sədri Benyamin Netanyahunun liderlik etdiyi blok 120 nəfərlik parlamentə 31 mandat qazanaraq qalib olub. İkinci yeri ötən il qurulmuş mərkəzçi Yeş Atid Partiyası tutur. Yair Lapidin rəhbərlik etdiyi bu partiya 19 mandata sahib çıxıb. Sol mərkəz mövqedə dayanan Avoda Partiyasının 15, radikal dini qurum – ŞAS Partiyasının 11 mandat əldə etdiyi bildirilir. “İsraelinfo.ru” saytı xəbər verir ki, parlamentdə sağ qüvvələrlə solçuların qüvvələr nisbəti bərabərdir: hər iki tərəf Knessetdə 60 nəfərlə təmsil olunmaq hüququ qazanıb. Geri qayıt |