Əsas Səhifə > Gündəm, Manşet > RÖVNƏQ ABDULLAYEV ƏN YAXIN ADAMINI «VURDU»
RÖVNƏQ ABDULLAYEV ƏN YAXIN ADAMINI «VURDU»21-11-2011, 13:22 |
ARDNŞ Tİ-NİN RƏHBƏRİNİN QARDAŞI «REGİON TV»DƏN UZAQLAŞDIRILDI DİA.AZ: - Uzun müddətdir barəsində yaxılan və ARDNŞ prezidenti Rövnəq Abdullayevin hədəfinə çevrildiyi iddia edilən sözügedən qurumun Təhlükəsizlik İdarəsinin rəisi, sabiq MTN işçisi Rəşad Əliyevlə bağlı redaksiyamıza yeni məlumatlar daxil olub. Mötəbər mənbələrdən «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia-az.life) verilən xəbərdə bildirilir ki, bir zamanlar Rövnəq Abdullayevin bir nömrəli adamı hesab olunan və hətta ARDNŞ prezidenti tərəfindən MTN rəhbərliyinə hazırlandığı barədə gülünc iddiaları məqsədli şəkildə mətbuata ötürən Rəşad Əiyev çox ciddi problemlər yaşayır. Hətta onun görəv başındakı ömrünün sona yetəcəyi xəbəri də əldə etdiyimiz məlumatlar içindədir. Xatırladaq ki, keçmiş MTN əməkdaşı olan Rəşad Əliyev Namiq Abbasov nazir olduğu dönəmlərdə xüsusi xidmət orqanlarından xaric edilib. Amma Rövnəq Abdullayevlə yaxın əlaqələri nəhayətdə onun yenidən parlamasına nədən olub. Belə ki, 2005-ci ilin parlament seçkiləri zamanı Rəşad Əliyev zamanlar sadəcə olaraq Bakı Neft Emalı Zavodunun direktoru vəzifəsində çalışan və seçkilərə bir zavod müdiri kimi qatılan Rövnəq Abdullayevin seçki qərargahına rəhbərlik edir. Və bu dövrdə Rəşad Əliyev keçmiş əlaqələrindən də istifadə edir. Rövnəq Abdullayev ARDNŞ prezidenti vəzifəsinə təyin edildikdən sonra Rəşad Əliyevin də ulduzu parlayır və o, ARDNŞ Təhlükəsizlik İdarəsinə rəis gətirilir. Təbii ki, bütün bunlar Rövnəq Abdullayevin sayəsində olur. Amma buna baxmayaraq, özünü istənilən bir posta tədarüklü hesab edən Rəşad Əliyev sonradan daha böyük iddialara düşür və nəticədə Rəşad Əliyev özünü MTN şefi postuna iddialı kimi təqdim edir. Doğrudur, bu «təqdimat» birbaşa yolla baş tutmur, mətbuata dolayı yollarla ötürülən informasiyalarda Rəşad Əliyev özü barəsində belə bir rəy yaradır və məqsədli şəkildə belə bir qənaət də formalaşdırır ki, guya, Rövnəq Abdullayev onun MTN-ə rəhbər təyin edilməsi üçün çalışır. Lakin sonradan bütün bunların blef olduğu və sadəcə olaraq Rəşad Əliyevin arzularından biri olduğu məlum olur. Yəni məsələnin hətta ciddi səviyyəyə qalxmasına rəğmən bu məsələ ilə bağlı Rəşad Əliyevi sorğu-sual da edən tapılmdı. Halbuki bir müddət əvvəl mətbuatda həmin məlumatların qaynağı ciddi surətdə müxtəlif instansiyalar tərəfindən araşdırılırdı. Redaksiyamıza daxil olan son məlumatlarda isə bildirilir ki, beləcə, bu gün kifayət qədər samballı mövqeyə malik olan Rəşad Əliyevin Rövnəq Abdullayevin hədəfinə çevrilməsi barədə deyilənlər tam olaraq həqiqəti əks etdirir. Bu barədə mötəbər qaynağın söylədikləri: «Rəşad Əliyevin özünə qarşı bir kampaniya başlasa da, ilk hədəfə çevrilən qardaşı Rüstəm Əliyev oldu. «AntennFM»ə şeflik edən Rüstəm Əliyev eyni zamanda idarə etdiyi «RegionTV»nin rəhbərliyindən uzaqlaşdırılıb». Mənbə bildirir ki, yaxın günlərdə baş verən bu olay əslində Rəşad Əliyev üçün ilk xəbərdarlıq siqnalıdır. Qeyd edək ki, həm «AntennFM» və həm də «RegionTV» Rövnəq Abdullayevə məxsusdur. Məlumatlara görə, ARDNŞ prezidenti Rəşad Əliyevə məxsus qazanc yerlərinə də əl qoyub: «Təbii ki, bunları təsadüflərin quyruğuna bağlamaq olmaz. Yaxın, çox yaxın zamanlarda Rəşad Əiyevlə bağlı qərar da ictimailəşəcək». Geri qayıt |