Əsas Səhifə > Sosial, Manşet > KƏBİRƏ MƏMMƏDOVA AZƏRBAYCANI TƏRK EDƏCƏK
KƏBİRƏ MƏMMƏDOVA AZƏRBAYCANI TƏRK EDƏCƏK23-01-2013, 11:47 |
TİCARƏT MƏRKƏZİNİN SAHİBƏSİNƏ BAŞQA ÇIXIŞ YOLU TANINMAYIB DİA.AZ: - Dünən Vergilər nazirliyinin rəsmi şəxsi tərəfindən müəyyən ittihamların hədəfinə çevrilən «Binə» Ticarət Mərkəzinin sahibəsi Kəbirə Məmmədova Azərbaycanı tərk etməli olacaq. Bu şok məlumatı redaksiyamıza bilgili qaynaqlar verib. Mötəbər mənbənin DİA.AZ-a bildirdiyinə görə, 19 yanvar tarixində ticarət mərkəzində baş verən qanlı toqquşmanı ciddi şəkildə təftiş edən yuxarı dairələr bu məsələdə Kəbirə Məmmədovanın da kifayət qədər təhrikedici mövqedə dayanması faktını aşkarlayıblar. Amma mənbəmiz maraqlı bir məqamı da açıqlayıb: «Təbii ki, indiki zəmanədə əsas olanı kiminsə hansısa məsələdə günahının olub-olmaması deyil. Neçə müddət idi ki, Kəbirə Məmmədova hədəfdə idi. Hələ «Binə» ticarət mərkəzi əvvəlki yerində olanda belə bir problem çıxmışdı və Kəbirə Məmmədova «Binə»dəki payının böyük hissəsini itirmək zorunda qaldı. İndi isə ticarət mərkəzinin rəhbərliyinin dəyişdirilməsi qərarı verilib». Qeyd edək ki, gələn məlumatlarda Kəbirə Məmmədovanın Azərbaycanı tərk etmək məcburiyyətiylə bağlı da müəyyən məqamlar var: «Onun Azərbaycanda qalması da imkansızdır. Bunu Kəbirə Məmmədova da anlayır. Çünki mövqeyini itirəndən sonra qısa müddət içində həbsi belə gözlənilir. Onsuz da 19 yanvar hadisələrilə bağlı cinayət işi açılıb. Və istintaqa onun da ifadəsi lazım olacaq. Odur ki, ən yaxşı çıxış yolu elə ölkəni tərk etməsidir». Geri qayıt |