Əsas Səhifə > Sosial, Manşet > KÜRDƏMİRDƏN DƏ NARAZILIQ SƏDALARI EŞİDİLDİ

KÜRDƏMİRDƏN DƏ NARAZILIQ SƏDALARI EŞİDİLDİ


24-01-2013, 09:18
KÜRDƏMİRDƏN DƏ NARAZILIQ SƏDALARI EŞİDİLDİ
YERLİ SAKİNLƏR SƏLİM MÜSLÜMOVUN KADR İSLAHATINA ETİRAZ EDİR

DİA.AZ: - Keçən günlərdə məlumat verərək bildirmişdi ki, Zərdab rayon sakinləri Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun kadr islahatlarına etiraz edirlər. Belə ki, onlar rayon DSMF şöbə müdiri postuna Kürdəmirdə adı bir çox maliyyə maxinasiyalarında hallandırılmış şəxsin Zərdab DSMF-yə rəhbər təyin edilməsinə etiraz edirdilər.

DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, indi də Kürdəmir sakinləri narazılıqlarını ifadə etməyə başlayıblar və onlar da Zaqataladan Kürdəmir DSMF-yə kadrın gətirilməsini pis qarşıladıqlarını redaksiyamıza göndərdikləri məktubları ilə ifadə ediblər.

Məktubda deyilir: «DSMF-nin sədri Səlim Müslümov Zərdablıların başına gətirdiyi oyunu indi də Kürdəmirlilərin başına gətirib. DSMF şöbə müdiri Ruslanı isdən azad edərək Zərdaba göndərəndən sonra onun yerinə Zaqatalanin DSMF-nin müdirini Kürdəmirə DSMF-yə şöbə müdiri göndərib.

Bu da biz kürdəmirliləərə cox pis təsir edir. Bəyəm Kurdəmirdə kadr yoxdu? Necə olur Kürdəmirdən Zərdaba Şöbə müdirliyinə kadr tapılır, Kürdəmirin özünə tapılmır? Kürdəmirlilər bunu özlərinə təhqir kimi qəbul edir. Səlim Müslümov özünü Prezident kimi, Daxili işlər Naziri, Baş prokuror kimi aparır. DSMF şöbə müdiri başçı deyil, polis rəisi deyil, prokuror deyil ki, rayonda tapılmaya başqa yerdən göndərilə.

Sadəcə S. Müslümov korrupsiyaya qurşanmış bir yerdən başqa yerə göndərməklə hadisəni unutdurmaga izləri itirməyə çalışır. Zərdaba göndərilən Ruslan 90-95 min manata qədər yeyintiyə yol verib Onu himayə edən isə DSMF-nin aparat rəhbəri, S. Müslümovun alıb-verən əli, yeyib-içmək məclislərində tamadalıq edən Əjdər (ona «ölməli Əjdər» də deyirlər) adlı şəxsdir. Biz kürdəmirlilər olaraq bu təyinatla barışmayacağıq. Və etirazlarımızı yaxın günlərdə bütün Azərbaycan görəcək».

Geri qayıt