Əsas Səhifə > Partiya > AXCP SƏDRİ İSMAYILLI ÜSYANINA REAKSİYA VERDİ
AXCP SƏDRİ İSMAYILLI ÜSYANINA REAKSİYA VERDİ24-01-2013, 10:20 |
"FİRONLUQ ETMƏYİN" İsmayıllıda baş verən xalq etirazına AXCP sədri Əli Kərimlidən reaksiya gəlib. Əli Kərimli hadisələr pik həddinə çatanda – qəzəblənmiş əhali icra başçısının evini və maşınlarını yandırandan və rayona daxili qoşunların cəlb olunduğu haqda xəbərlərdən sonra Facebook səhifəsində bunları yazıb: “Cəzasızlıq, ədalət məhkəməsinin olmaması, hakimiyyətlərin harınlığı xalqın nə vaxtsa öz məhkəməsini qurması ilə nəticələnir. İsmayıllıda olduğu kimi. Deyirdik axı, bu xalqın dözümlü olmasından sui-istifadə etməyin, əxlaqsızlığı ölkə boyu yaymayın. Fironluq etməyin. Eşitmədiniz... İndi də xalqın üstünə öz oğullarını - əsgərləri göndərirsiniz. Növbəti səhvinizi edirsiniz. Elə bilirsiniz ki, hər yerdə güc tətbiqi sizin batan rejiminizi xilas edəcək? Hər bir icra hakimiyyəti başçısının, oliqarxın evi qarşısında hərbi hissə yerləşdirəcəksiniz? Boğaza yığılmış xalqı dinləmək, azğınlaşmış məmurları cəzalandırmaq lazımdır”. Geri qayıt |