Əsas Səhifə > Sosial, Manşet > ŞAMAXIDA DA ETİRAZ AKSİYALARI TƏŞKİL OLUNACAQ

ŞAMAXIDA DA ETİRAZ AKSİYALARI TƏŞKİL OLUNACAQ


24-01-2013, 11:16
ŞAMAXIDA DA ETİRAZ AKSİYALARI TƏŞKİL OLUNACAQ
İLGİNC: SAKİNLƏR İCRA BAŞÇISININ İSTEFASINI TƏLƏB EDİRLƏR

DİA.AZ: - İsmayıllı rayonunda baş verən hadisələr ətraf rayonlarda da böyük qıcıq yaradıb. Bu barədə DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, Şamaxı rayonunda da anoloji hadisələr baş verə bilər.

Rayon sakinlərinin redaksiyamıza bildirdiyinə görə, bir müddət əvvəl Şamaxıda uzunqulaq heykəlini qoyması ilə onsuz da şamaxılıların hədəfinə çevrilən icra hakimiyyətinin başçısı Asif Məmmədovun istefası tələbi ilə rayonda aksiya hazırlanır.

Mənbənin söylədikləri: «Aksiyanın təşkilatçıları heç bir siyasi qüvvəyə bağlı deyillər və yeganə tələbimiz Şamaxı rayonuna yalnız talan məqsədilə göndərilən vuə dəfələrlə rayon camaatını aşağılamağından belə qalmayan Asif Məmmədovun istefaya göndərilməsidir».

Mənbə onu da bildirdi ki, etiraz aksiyası bu həftənin sonlarına təsadüf edəcək.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt