Əsas Səhifə > Güney Press, Üçüncü sektor > "QUBA, "BİNƏ" VƏ İSMAYILLI HADİSƏLƏRİNDƏ BAĞLILIQ VAR"

"QUBA, "BİNƏ" VƏ İSMAYILLI HADİSƏLƏRİNDƏ BAĞLILIQ VAR"


24-01-2013, 11:21
"QUBA, "BİNƏ" VƏ İSMAYILLI HADİSƏLƏRİNDƏ BAĞLILIQ VAR"
"Demokratik İslahatlar Uğrunda Cəmiyyət" (DİUC) İB-nin sədri Oqtay Gülalıyev Binə hadisələri fonunda cərəyan edən İsmayıllı qiyamı haqqında Deyerler.Org-a açıqlamalar edib. "İsmayıllıda baş verən hadisənin törədilməsi səbəbı birbaşa iqtidarın özü ilə bağlıdır. Daha doğrusu iqtidarın yürütdüyü, xalqa zidd, insanlığa və qanunlara sığmayan ziyasəti ilə bağlıdır. Bu siyasət gec-tez öz əks effektini verməli idi və artıq verməkdədir. Əslində Quba, Binə və İsmayıllı hadisələrinin arasında ciddi bir bağlılıq var. Bu bağlılığın adı xalqın bitib tükənməyən problemləri, yığılıb qalmış etirazı, iqtidar sahiblərinin isə harınlığı, qanunlara və insanlığa etinasızlığı və ölkəni bürümüş korrupsiya, saxtakarlıq və immitasiya faktıdır. Nə qədər ki, ölkədə bu yanlış idarəetmə, xalqın mənafeyinə zidd siyasət dəyişməyib, etirazlar artan xətt üzrə davam edəcək. Fikir verirsinizsə, son zamanlar qanunsuz aksiyalarla bağlı qanunda sərtləşmələr edilsə də, cərimələr artsa da, bunlar insanların kütləvi aksiyalardan vaz keçməsinə səbəb olmadı. Əksinə bu proses etirazların artması, aksiyaların güclənməsi ilə müşayət olunur. Necə deyərlər, təsir əks təsirə bərabər olur. Bütün bunlar onu göstərir ki, xalqın səbr kasası dolub. O, daha əvvəllər olduğu kimi yalançı vədlərlə yaşamaq istəmir.
Öz həyatında, ümumi miqyasında gerçək, müsbət dəyişikliklərin olmasını istəyir.
Haqsızlıqlara, məmur harınlıqlarına, qanunsuzluqlara, özbaşınalıqlara dözmək fikrində deyil.
Biz ölkədə baş verən bütün hadisələri diqqətlə izləyir, diqqətdə saxlayırıq.
Lazım olsa, bölgələrə də səfər edəcəyik. Necəki indiyə qədər bunu etmişik, bundan sonra da edəcəyik. Biz haqqını tələb edən xalqımızın yanında olacağıq və onun yanındayıq", - deyə O.Gülalıyev açıqlamalarında bildirib.

Xatırladaq ki, ötən gecə, yanvarın 23-dən 24-nə keçən gecə İsmayıllı rayonunda çoxsaylı insanın iştirakı ilə etiraz aksiyası keçirilib. Aksiyaya səbəb Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərovun oğlu rayondakı "Çıraq" motelinin qarşısında "Hammer" markalı şəxsi avtomobili ilə qəza törətdikdən sonra yerli əhalini təhqir edib. Bundan qıcıqlanan yerli əhali onu döyərək daha sonra əmisi, İsmayıllı rayon icra hakimiyyətinin başçısı Nizami Ələkbərovun evinə yürüş edərək onun evini və əmlakını yandırıb.

Keçirilən aksiyada xəsarət alan və saxlanılanlar var.

Geri qayıt