Əsas Səhifə > Güney Press, Araşdırma > NAZİM İBRAHİMOV "AZƏRROS"DAN DANIŞDI

NAZİM İBRAHİMOV "AZƏRROS"DAN DANIŞDI


24-01-2013, 11:30
NAZİM İBRAHİMOV "AZƏRROS"DAN DANIŞDI
"MÜƏYYƏN DƏYİŞİKLİKLƏR OLACAQ"

"AzərRos" on illərdir Rusiyada yaranmış təşkilatdır. Trend-in məlumatına görə, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin sdəri Nazim İbrahimov "AzərRos"un sabah keçiriləcək qurultayına münasibət bildirərkən deyib.
"Dünyada olan diaspor təşkilatları Azərbaycan dövlətçiliyinə, azərbaycançılığa, Azərbaycanın milli-mənəvi dəyərlərinə xidmət edirsə, həmin təşkilatlar bizim yanımızdadır, onlara hər zaman yardıçmı olmağa hazırıq. "AzərRos" təşkilatı da elə təşkilatlardandır", - İbrahimov bildirib.
Dövlət Komitəsi sədri qeyd edib ki, mətbuatda da qeyd olunduğu kimi, "AzərRos" təşkilatında müəyyən dəyişikliklər olacağı gözlənilir. "Burada kimlərin seçilməsi o qədər də əhəmiyyət daşımır, biz siyasi baxışından asılı olmayaraq, bu işə xidmət edən bütün insanları həmişə öz ətrafımızda görürük", - İbrahimov deyib.
Onun sözlərinə görə, Azərbaycandan kənarda Azərbaycanın daxili siyasəti yeridilmir. Bu siyasəti yeritmək üçün Azərbaycan Respublikası var, Azərbaycanda siyasi fəaliyyət göstərmək istəyən hər bir kəs Azərbaycana gəlib özünün siyasi partiyasını, ictimai hərəkatını yarada bilər.
"Əgər onlar xaricdə başqa fəaliyyətlə məşğul olacaqsa, bizim də faliyyətimiz ona uyğun qurulacaq", - İbrahimov bildirib.

Geri qayıt