Əsas Səhifə > Güney Press, Üçüncü sektor > RÜSTƏM İBRAHİMBƏYOV MƏMURLARI AŞAĞILADI
RÜSTƏM İBRAHİMBƏYOV MƏMURLARI AŞAĞILADI25-01-2013, 10:17 |
TANINMIŞ REJİSSORDAN SƏRT YAZI Ziyalılar Forumunun təsisçilərindən biri, tanınmış kinodramaturq Rüstəm İbrahimbəyov “contact.az” saytında yazı ilə çıxış edib. Yazını olduğu kimi təqdim edirik: Tarix boyunca Azərbaycan rəhbərliyində eyni vaxtda bu qədər şərəfsiz, ədalətsiz, acgöz adamlar toplaşmamışdı. Mən bunu bir il əvvəl, biləndə ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı öz yerindən çıxarılıb onda da demişdim, üstəlik bu sözləri də əlavə etməliyəm: “və həm də çox cılız”. Hər il öz xalqından on milyardlarla dollar talayan adamlar qisas almaq üçün bu dərəcədə alçalmamalıydı: öncə milli kinematoqrafın qarşısındakı əlli illik xidmətləri olan yaradıcı təşkilatı yaşamaq vəsaitindən məhrum etmək, sonra onu parçalamaq cəhdi və məğlubiyyətə uğrayaraq polisin köməyilə küçəyə atmaq. Əlbəttə, bizim milyarder məmurlar bundan da artığına qadirdir. Kim bilir, bəlkə də mənə qarşı başlanmış böhtan kampaniya, Beynəlxalq “Şərq-Qərb festivalının direktoruna qarşı başlanmış cinayət işi, kinematoqrafçıların çıxarılması və bir çox başqa şeylər daha təhlükəli gizli niyyətlərin ört-basdır edilməsidir? Bugünkü Azərbaycan hakimiyyətinin arsenalı zəngindir: adamların zəhərlədilməsindən tutmuş oğurlanaraq sonda öldürülməsinə qədər. Lakin bu gün baş verənlərin nəticəsi nə olursa olsun, mənə elə gəlir ki, ən mühümü mənim rejimin əsas düşməni elan olunmağımın səbəblərini xatırlamaqdır. Bu, yaxın gələcəkdəki hadisələrin proqnozlaşdırılması üçün də vacibdir. Hər şey ondan başladı ki, mən bildirdim ki, Azərbaycanda karyera mexanizmi sındırılıb və korrupsiya, yerliçilik və klan düşüncələri bütün fəaliyyət sahələrində keyfiyyətli peşəkar elitanın formalaşmasına maneçilik törədir; nəticədə ölkənin istedadlı və vicdanlı vətəndaşları həyatın kənarına atılır. Təxminən o zaman ölkədə hökm sürən qaydalardan edən “Slojenie voln” povesti dərc olundu. Bir qədər sonra mən Azərbaycanın görkəmli mədəniyyət xadimləri qrupunun Ziyalılar Forumu adlanan qurumda birləşməsinin təşəbbüsçüsü oldum. Forum hakimiyyəti dialoqa çağırırdı və ümid edirdi ki, ölkədə hansısa müsbət dəyişikliklərə nail olacaq. Cavabında bizi düşmən elan etdilər. Biz bacardığımız qədər hücumları dəf edirik, lakin daim qurşaqdan aşağı zərbə vuran düşmənə qarşı davam gətirmək çətindir. Lakin çox qalmayıb – 2013-cü ilin oktyabrında yeni prezident seçkisi olacaq. Öz siyasi ambisiyaları olmayan Ziyalılar Forumu Milli Şuranın yaradılması ideyasını irəli sürüb. Şuraya əsas demokratik qüvvələrin, partiyaların və hərəkatların nümayəndələri daxil olacaq. Şərqdə ilk Respublikaya, Azərbaycan Xalq Cumhuriyyətinə başçılıq edən Milli Şuradan 95 il sonra, yeni yaradılan Şura qarşıdan gələn prezident seçkilərində vahid namizəd irəli sürməklə birləşdirici missiyasını yerinə yetirəcəkdir Bu gün hakim rejimin cinayətkar mahiyyətini dərk etmiş xalqımızın bütün ümidləri bu seçkilərlə bağlıdır, çünki nəhayət uzun illər susmuş seçicilərin xeyli hissəsi fəallaşmışdır. Ölkədə vətəndaş cəmiyyətinin oyanışının əsasən Ziyalılar forumunun fəaliyyəti ilə əlaqədar olduğunu başa düşən hakimiyyət ən çirkin təsir vasitələrindən istifadə edərək bizi sındırmaq qərarına gəlmişdir. Ona görə də, bir o qədər də uzun olmayan müddətə ölkəni tərk edərkən bəyan etməyi vacib bilirəm ki, mənim əleyhimə yalan yağdıran televiziya verilişləri, mənim həmfikirlərimin sübutsuz olaraq cinayət təqib edilmələri, Kinematoqrafçılar İttifaqının köçürülməsi və hakimiyyətin digər alçaq və çirkin hərəkətləri mənim üçün onların yalnız zəifliyinin və surətlə artan xalq narazılığı qarşısında panik çaşqınlığının göstəricisidir. Mənə qarşı elan olunan müharibədə günahsız qurban olan dostlarım və yaxınlarımdan üzr istəyirəm. Onlardan belə çətin sınaqlara dözməyənlərə acıyıram. Mən qəddar cəzalandırmaq təhlükəsinə baxmayaraq mənimlə xoş münasibətlərini saxlayanlara təşəkkür edirəm. Mən inandıqlarıma inanmaqda davam etməkdəyəm və dediklərimə əminəm. Geri qayıt |