Əsas Səhifə > Sosial, Manşet > DÖVLƏT XİDMƏTİ NECƏ BAZARA ÇEVRİLİB
DÖVLƏT XİDMƏTİ NECƏ BAZARA ÇEVRİLİB25-01-2013, 11:47 |
MASALLININ HƏRBİ KOMİSSARI EMİN BAĞIROV ÖZƏL ALVERXANA AÇIB DİA.AZ: - Son dövrlər hərbi komissarlıqlarla bağlı qalmaqallar səngimək bilmir. Bir tərəfdən həbs olunmalar, digər tərəfdən də şikayətlərin ardı-arasının kəsilməməsi maraqlı bir mənzərəni ortaya çıxarıb. Bəzi rayonların hərbi komissarları isə bütün bunlardan nəticə çıxarmaq əvəzinə, tamam başqa bir yol seçiblər. DİA.AZ-a daxil olan şikayətlərdə bildirilir ki, Masallı rayon hərbi komissarı Emin Bağırov keçmiş komissarın işlərini ört-basdır etməklə yanaşı, yeni pul yığımı kampaniyasına da start verib. Məlumata görə, yaşı 35-ə çatmamış və möhlət hüququ olan şəzslərin yenidən komissiyaya çağırılması hamını təəccübləndirib. Çünki bu şəxslər köhnə komissarın vaxtında komissiyadan keçiblər və onların hərbi xidmətə getməmələri üçün əlavə möhlət verilib. Məlumatı verən şəxslər deyirlər ki, Emin Bağırov isə bütün bunları bir kənara qoyaraq, həmin şəxsləri yenidən komissiyaya çağırıb, onların həkim müayinəsindən keçməsini tələb edir. İlk baxışdan bunun qanuni bir addım olduğunu demək mümkündür. Amma hadisələrin gedişatından belə məlum olub ki, burada məqsəd əlavə qazanc əldə etməkdən ibarətdir. Hazırda müharibə şəraitində yaşayan bir ölkənin hərbi qurumunda rüşvət və korrupsiyanın yaşanmasının, gəncləri vətəni qorumağa yola salan komissarlıqlarda başıpozuqluğun hökm sürməsinin xoşagəlməz hal olduğu çoxlarına bəllidir. Məlumata görə, hətta sağlam gəncləri rüşvət almaq yolu ilə ordudan yayındıran Masallı rayon komissarlığı onların yerində hərbiyə yarasız gəncləri göndərir. Onun göndərdiyi gənclərin isə bir müddət sonra xəstələnərək hərbi xidməti yarımçıq tərk etməli olurlar. Xəstələnərək orduya yarasız və ya məhdud yararlı statusu alan bu gənclər bir neçə ay müddətində ordudan tərxis olunurlar. Qarşı tərəfin mövqeyini öyrənməyə hazırıq. Geri qayıt |