Əsas Səhifə > Sosial, Manşet > QARABAĞDA MÜHARİBƏ BAŞLAYA BİLƏR
QARABAĞDA MÜHARİBƏ BAŞLAYA BİLƏR21-11-2011, 15:02 |
ARTIQ AMERİKA TƏRƏFİ HƏYƏCAN TƏBİLİ ÇALIR Ermənistan və Azərbaycanın son illərdə hərbi arsenalını gücləndirməsi Vaşinqtonun Dağlıq Qarabağda müharibə mümkünlüyü narahatlıığını gücləndirib. Son vaxtlara qədər passiv siyasət Bakı və İrəvan öz hərbi texnikaları haqqında informasiyaları son vaxtlara qədər passiv siyasət mövqeyi tutan Qərb tərəfdaşlarından məxfi saxlayırlar. “2010-cu ildə Rusiya Gümrüdəki hərbi bazasının icarə müddətini 40 ilə qədər uzadıb. Bundan dərhal sonra Azərbaycan Türkiyə ilə hərbi sziş imzalyıb”-deyə tanınmasını istəməyən amerikalı ekspert Turanın müxbirinə bildirib. Eyni zamanda mənbə İMİNİT&Analyses hərbi nəşrinin hər iki tərəfin tədricən müharibəyə tərəf getməsi haqda mövqeyini də şərh edib. Vaşintonda yerləşən bu hərbi nəşr peyk vasitəsilə erməni tərəfin HHM Ssistemi bağlı çəkilmiş fotolarını təhlil edir, erməni “SKAD” raketlərini Bakının neft infrastrukturuna təhlükə kimi dəyərləndirir. “Məlum mənbələr iri həcmli hərbi ləvazimatlar alındığını təsdiqləyir ki, bu da hər iki tərəfin hərbi paradlarında təsdiqini tapıb”-deyə nəşr qeyd edir. Tərəflərin zirehli texnikasını təhlil edən hərbi nəşr Azərbaycanın 300-400, erməni tərəfin 160 tanka malik oluğunu, daha 300 zirehli texnikanın Dağlıq Qarabağda yerləşdiyini bildirir. Bu silah növündə balans olduğunu nəzərə çatdırır. Öz növbəsində Ermənistanın bir o qədər də çox olmayan T-80 tipli tankları olduğu, Azərbaycanın isə Ukraynadan T-84 tankları alma qüçün danışqılar apardığı qeyd edilir.Zirehli transportyorlar, yüngül tanklar və döyüş maşınları Azərabycanda daha çoxdur. Azərbaycanın hərbi üstünlüyü təkcə ordunun sayı ilə yox, həm də müasir artilleriya sistemi ilə də üzə çıxır. Belə ki, Rusiyadan “Dağlqı Qarabağı boşaltmağa qadir olan” “Smerç” sistemi alınıb. Azərbaycan 180 ədəd D-30 və 34 ədəd D-20, Ermənistan isə 90 ədəd D-20 və 34 ədəd D-30 tipli toplar alıb ki, sonuncular əhəmiyyətli dərəcədə köhnədir. Həmçinin Azərbaycanın hərbi hava qüvvələri Dağlıq Qarbağdakı köhnəlmiş HHHM sistemini məhv etəyə qadirdir. Baxmayaraq ki, Azərbaycanın HHQ-də müasir “hava-yer” silahlı sistemi və ya yüksək dəqiqli döyüş ehtiyatları çatışmır, amma pulotsuz uçuş aparatlarının (PUA) əldə edilməsilə bu problem aradan qalxıb. Miq-29 qırıcı təyyarələri 30 ədəddir, 8 ədəd SU-24 bombardmançı və 30 ədəd SU-25 qırıcı təyyarsi üstünlük əldə etmək üçün kifayətdir. Həm də PUA-lar havadan quru qoşunlarına kəşfiyyat məlumatlrı verə bilir ki, bu da əsas üstünlük sayıla bilər. Ermənistan Qarabağ üzərində Azərbaycana məxsus Hermes-450 PUA-nı vurmaqla müqavimət gösrtərib. Bu aparatlar ən yaxşı halda 5 km hündürlüyə qalxa bilir. az sürətli olması isə onu asan hədəfə döndərir. Ermənistan HHQ 15 ədəd SU-25 təyyarsəindən ibarətdir, amma Azərbaycanın etibarlı HHM sistemi onlara ərazilərin dərinliyinə girməyə imkan verməyəcək. “Ermənistanin son hərbi paradı hərbi ehtiyatlar baxımından qiymətli infiormasiya mənbəyinə döndü. O, həm də Ermənistanda son zamanlar özünə artan inamı nümayiş etdirdi. Dağlqı Qarabağda istifadə edilə biləcək S-300PS zenit-raket sistemilə yanaşı dünyaya “Toçka-U” raketləri də nümayiş etdirildi”-deyə mənbə qeyd edir. Ermənistanın imkanlarını təhil edən nəşr yazır: “İri dövlətlərə resurs nəql edə bilməyən, boru kəmərləri bə boru kəmərləri marşrutları olmayan, geosiyasi üsytünülkdən məhrum Ermənistan geosiyasi güc və ya silah baxımdan heç nəyə yaramır”-deyə nəşr qeyd edir. Ermənistan HHM isə istənilən HHQ zərbələrinə məhdud cavab verməyə etibarlı ola bilər. Nəşr qeyd edir ki, Dağlqı Qarabağ üçün bu gün üçün ciddi müdafiə onun yerüstü istehkamları, bir də 90-cı illərdən qalan qalib hissi ola bilər. Eyni zamanda, Azərbaycan əhəmiyyətli dərəcədə üstünlüyə malikdir və yaxşı təkşil edilmi, əlaqələndirilmiş hücumla uğurlu nəticələr əldə edə bilər. Azərbaycanın 90-cı illərdəki itkiləri milli hissinin bir hissəsidir və əvəzçıxmaya can atır. “Analitiklər hesab edirlər ki, Ermənistan ərazinin bir hissəsini qaytarmaqla münaqişənin bərpasına imkan verməyə bilər və Azərbaycanə təmin edər”-deyə nəşr yazır. Amma bu məsələdə həlledici rol oynayan geosiyasi məsələlər də var. Məs, Azərbaycana S-300, Ermənistana “Skad” satan Rusiya kimi. Bu silahsatma Rusiyanın neft yataqlarını qorumaq istəməsi, Azərbaycana müharibəyə başlamağa icazə verməsi deməkdirmi? Çox suallar var ki, cavabları mövud vəziyyətin başa düşülməsini və münaqişənin bərpası imkanlarını dəyərləndirməyə imkan verərdi”-deyə amerikalı ekspert yekunda bildirib. Geri qayıt |