Əsas Səhifə > Sosial, Manşet > FARS-MOLLA REJİMİ AZƏRBAYCANI HƏDƏFDƏ SAXLAYIR

FARS-MOLLA REJİMİ AZƏRBAYCANI HƏDƏFDƏ SAXLAYIR


29-01-2013, 11:00
FARS-MOLLA REJİMİ AZƏRBAYCANI HƏDƏFDƏ SAXLAYIR
MOLLALAR İNDİ DƏ BÖYÜK TÜRK ŞAH İSMAYIL XƏTAİYƏ SAHİB ÇIXMAQDADIR

DİA.AZ: Azərbaycan çətin bir dövrünü yaşayır. Hər halda bu gün həm ölkə daxilində və həm də öıləmizin yerləşdiyi regionda yaşanılanlar belə deməyə əsas yaradır. Artıq Qərbin bir sıra analitikləri də yerləşdiyimiz regionun gələcəyini şərh edərkən çox təlatümlü olayları proqnozlaşdırmaqla yanaşı bir məqamı xüsusi olçaraq vurğulayırlar ki, Cənubi Qafqazın yenidən yapılandırması qapıdadır. Bundan isə Azərbaycanın itki ilə yox, uduşla çıxması birbaşa hədəfimiz olmalıdır.

DİA.AZ bildirir ki, son günlər Rusiyanın təxribatçı hərəkətlərinə paralel olaraq İran da Azərbaycana qarşı basqılarını intensivləşdirib. “Dost” adı altında ermənisayağı tərzdə Azərbaycanın bütün dəyərlərinə sahiblənən molla rejimi SSRİ-nin çöküşü zamanı Azərbaycan türkünün Sərhəd Hərəkatını guya ki, azərbaycanlıların İrana məhəbbəti olaraq təqdim etməyə çalışdığı kimi, indi də Azərbaycan türkünün dəyərlərini, tarixi keçmişini də mənimsəməkdədir. Davamlı olaraq təşkil olunan tədbirlərdə fars-molla rejimi nümayəndələri hətta daha da irəli gedərək Şah İsmayıla da sahib çıxmağa başlayıblar. Onların hədyanlarına nümunə olacaq həmin tədbirlərdən birinin İran mətbuatında yer almış xəbərini diqqətinizə olduğu kimi çatdırırıq:

«"İran-Azərbaycan Münasibətləri Seminarı" Bəhmənin 8-də (27 yanvar) bazar günü universitet tələbələrinin və jurnalistlərin iştirakı ilə Təbrizdə Aran İnstitutunun Konfrans salonunda keçirildi.

Seminarda Təbriz, Azərşəhr və Üskü əhalisinin İslami Şura Məclisində təmsilçisi və Sosial Siyasət Komissiyasının vitse-prezidenti Məhəmməd İsmail Səidi çıxış etdi. Nümayəndə Peyğəmbəri-əkrəmin (s) mövludunu-vəhdət həftəsini təbrik etdi. İran və Azərbaycan Respublikası münasibətlərindən danışan nümayəndə iki ölkə arasındakı bütün əlaqələrin ən yüksək səviyyəyə çatdırılmasını İslami Şura Məclisinin ən əsas məsələlərindən adlandıraraq dedi: "Bəzi regional və tranregional güclər bu iki ölkə münasibətlərinin müxtəlif sahələrdə yaxşılaşmasına qarşıdırlar. Bu arada sionistlər güclü rol ifa edirlər".

Səidi dövlət-ölkə münasibətlərini ümumi diplomatiyanın əsas bölmələrindən adlandıraraq dedi: "İran azəriləri tarix boyu İranın vəhdət mehvəri olublar və Şah İsmail Səfəvi ilk dəfə olaraq Sasanilərdən sonra Təbrizdə əhatəli və milli dövlət yaradaraq İranın əzəmətini yenidən diriltdi və Təbriz xalqı Demokrat Firqəsi hərəkatında və ondan sonra İranın birliyini və İslamın başıucalığını istədiklərini bir daha sübut etdilər. Bu günləri də həmin Azərbaycan xalqı sionistlərin və transmilli güclərin istədiklərinin əksinə olaraq İran və Azərbaycan ölkələri arasında münasibətlərin möhkəmlənməsinin səbəbkarı ola bilərlər. Əlbəttə, bu barədə Xarici İşlər Nazirliyi lazım olan şəraiti yaratmalı və Azərbaycan dövlətinin İran və din əleyhinə siyasətlərində nəzərini dəyişdirməyə çalışmalıdır".

Sosial Siyasət Komissiyasının vitse-prezidenti Qafqaz, əsasən də Azərbaycan xalqı hətta, kommunistlər dövründə alim və dindarlara olmazın işgəncələr verilməsinə baxmayaraq öz dinlərini qoruyub saxlamalarına işarə edərək dedi: "Azərbaycan islamçılarının islamsevərliyini hicab hərəkatı mövzusu bir daha təsdiq etdi. Bu günləri İran xalqının, xüsusilə də Azərbaycan hissəsinin əhalisinin, alimlərinin, universitet müəllimlərinin vəzifəsi Azərbaycan Respublikası xalqının öz dini etiqadlarını və tarixi mədəniyyətini möhkəmləndirməsi və dərinləşdirməsində kömək etməkdir ".

Məhəmməd İsmail Səidi çıxışının davamında dedi: "Mən ikitərəfli münasibətlərin əhəmiyyətinə təkid etməklə yanaşı inanıram ki, məntəqədə tarixi məsələlərin aydınlaşması üçün bir sıra silsilə və davamlı proqramlar həyata keçirilməlidir ki, İran və Qafqazın ortaq tarixi təhrif və saxtakarlıqdan və Stalin dövründən başlamış şərhlərdən çıxsın, İran və Azərbaycan Respublikasının yaxınlaşması səbəbinə çevrilsin".

O artırdı: "Axır vaxtlarda Ərdəbli əhalisinin İslami Şura Məclisində təmsilçisi doktor Həqiqətpur ilə Azərbaycan Milli Məclisinin nümayəndələri arasında məktublaşma olmuşdur. Bu növ addımlar faydalıdır və iki ölkə tarixçiləri arasında müzakirələrə zəminə yarada bilər".

Səidi bu məktublaşma barədə həmçinin deyib: "Mənim bildiyimə əsasən, İslami Şura Məclisinin nümayəndəsinin Azərbaycan Parlamentinin nümayəndəsinə yazdığı axırıncı məktubunda bir sıra tarixi həqiqətlərə toxunulub və azərbaycanlı deputatlar və tarixçilər münazirə və müzakirələrə dəvət olunub. Lakin hələ onlar tərəfindən bu dəvətə bir cavab verilməyib".

Sionistlərin ixtilaf yaradan siyasətlərindən danışan Səidi vurğuladı ki, Azərbaycan və İran şiələri arasında yaxınlaşmanın qarşısını alan sionistlərin siyasətidir. Çünki onlar Livan şiələrinin İslam İnqilabı ilə birləşməsindən sillə aldılar. Ona görə də var gücləri ilə iki xalq arasında birlik nöqtəsi olan dini və atifi bağlanmanın güclənməsinin qarşısını almağa çalışırlar. Azərbaycan Milli Məclisi tərəfindən sərhədin keçilməsində asanlaşma Memorandumunun ləğvi və Bakı dövlətinin viza rejiminin ləğv edilməsinə maraqlı olmaması bu proqram çərçivəsində olması kimi dəyərləndirilir.

Sosial Siyasət Komissiyasının vitse-prezidenti çıxışının sonunda Qarabağın hələ də işğal altında qalmasından narahat olduğunu bildirdi və İranın Azərbaycana hərtərəfli yardımlarını xatırladaraq, Qarabağ münaqişəsinin həllində ölkəsinin vasitəçilik etməyə hazır olduğunu bildirərək dedi: "Azərbaycan Respublikası dövlətindən gözlənilən budur ki, sionistlərlə yaxınlaşması və ABŞ-ın siyasətini izləməsi proqramı çərçivəsində öz ölkəsinin xalqı ilə qarşılaşmaqdansa, İslam dünyasının torpaqlarının bir hissəsi olan Qarabağın azad olunması istiqamətində addım atsın"».

Geri qayıt