Əsas Səhifə > Güney Press, Üçüncü sektor > PEDAQOJİ UNİVERİSTETİN RƏHBƏRLİYİ CƏZA KƏSİR
PEDAQOJİ UNİVERİSTETİN RƏHBƏRLİYİ CƏZA KƏSİR29-01-2013, 11:34 |
AKSİYAYA QATILANLAR İMTAHANA BURAXILMIR Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsinin aksiyada iştirak edən tələbələri imtahana buraxılmır. Modern.az-ın məlumatına görə, bu barədə aksiyanın təşkilatçısı İlkin Rüstəmzadə məlumat verib. O bildirib ki, aksiyada iştirak edən tələbələrin siyahısı tərtib olunub, onlarla bağlı qərar qəbul olunub ki, həmin tələbələr imtahanlara buraxılmasın. Məsələ ilə bağlı Modern.az-a universitetinin mətbuat və informasiya xidmətinin rəhbəri Mansur İbrahimov açıqlama verib. Onun sözlərinə görə, universitetdə belə bir hadisə baş verməyib. “Universitetdə belə bir fakt aşkarlanmayıb. Ola bilər ki, bəzi tələbələr “qayıb” limitini doldurduqları üçün universitetə buraxılmayıb. Amma deyilənlər həqiqətdən uzaqdır”-deyə, M. İbrahimov qeyd edib. Qeyd edək ki, yanvarın 26-da bir qrup gənc Bakıda aksiya keçirib. Geri qayıt |